Hələ belə ehtiraslı mövzuda essay yazmamışdım.

1233406_4907076454974_678097107_n Gənclərin cinsi sağlamlığı və cinsi yolla keçən xəstəliklər.

 İnsan sağlamlığı üçün hər zaman vuruşur. Bədəninin hər hansı bir hissəsi ağrıyarkən, hələ həyatdan tam zövq almamışam deyir. Sağlamlığında olan problemlərə, xoşa gəlməz xəstəliklərə gənc yaşlarında rast gəlinirsə öhdəsindən gəlmək iki qat daha ağır olur mənim fikrincə.

Gənclər hər zaman həyatdan tam zövq almaq istəyir. Bəzən hətta baş verəcək fəsadlar və ya xəstəliklərə yoluxma ehtimalı belə gözə alınmır. Sirr deyil ki, QİÇS təhlükəli, insanları lərzəyə salan və cinsi yolla keçən ən təhlükəli xəstəlikdir. Düzdür yoluxma yolları müxtəlif ola bilər amma əsasən faiz göstəricilərinə görə əsas yoluxma yolu cinsi yoldur. İki milyona yaxın insan bu xəstəlik nəticəsində dünyasını dəyişib və əksər hallarda bu siyahıya gənclər və orta yaşlı insanlar daxildir. Qeyd etmək lazımdır ki, xəstəlik gec baş qaldırır və əgər qan yoxlanılmasa həmin “HİV” virusunun daşıyıcısı olduğun bilinmir. Təsadüfi deilki tək Şərqi Avropada bu xəstəliyə yoluxanların sayı, Şimali Amekira və Qərbi və Mərkəzi Avropada bu xəstəlik daşıyıcılarının cəminə bərabərdir. Müxtəlif fərziyyələr ola bilər ki, niyə? Mənim ilk ağlıma gələn səbəb təhsil səviyyəsi və azad fikirlilikdi. İlk öncə cinsi yolla keçə biləcək xəstəliklər və başqa yaranacaq fəsadlar məktəb yaşlarında şagirdlərə çox açıq bir şəkildə bildirilməlidir. Bizim milli mentalitetimizdə bu bir qədər ayıb hesab oluna bilər və hatta valideynlə qarşı çıxa bilərlər. Lakin başa düşmək lazımdır ki, gənclərin belə şeylərə marağı qaçılmazdır. Hər bir şagird 9-cu sinif anatomiya dərsliyini alanda, ilk işi kitabı vərəqləyib arxa paraqraflardakı qadın və kişi orqanizmi haqqında daha çox məlumat almaqdır. Düzdür, mən orta məktəbdə oxuyarkən keçirilən aksiyaya əsasən sinif rəhbərim QİÇS haqda bizə məlumat verdi. Bütün keçici yollar mənə aydın oldu: narkomaniya, stomatologiya və s. Bir tək cinsi yolu nece utancla izah etdisə mən heçnə anlamadım. Sən demə dəfələrlə təkrar etdiyi “əlaqə-əlaqə” birləşməsi kobud dildə desək “seks”i ifadə edirmiş.

Cinsi yolla keçən xəstəliklər yetərincə çoxdur. Məsələn mən daşıyıcısı olduğum “Herpes” virusu kişilərdə qorxulu olmasa belə, oxuduğum məlumatlara görə qadınlarda xüsusən hamiləlik dövründə yetərincə problem yaşada bilər. Bu o deməkdir ki, istənilən hallarda yad insanla cinsi əlaqə zamanı qoruyucular qaçılmazdır. Bizim ölkəmizdə bir çox hallarda kişilər qoruyucudan istifade etmir, hətta “kişi qoruyucudan istifadə etməz”kimi deyimlər də var. Lakin sonuncu səfərimə əsasən avropa ölkələri ilə öz ölkəmizi müqayisə etsək inkişaf fərqini görə bilərik. Hər bir addımda qoruyucuların reklamı və gənclərin əldə edə bilməsi üçün hər bir yerdə satışı təşkil olunmuşdur. Təbii ki, bilirik ki, bizim ölkədə evlilikdən əvvəl cinsi əlaqə çox da populyar deyil. Lakin unutmaq lazım deil ki, bir demokratik ölkədə gənclərin azad hərəkətlərinin təmin olunması üçün bütün lazımı tədbirlər görülməlidir və bu dəyişikliklər məhz gənclərin özündən başlamalıdır. Çünki 18 yaşından yuxarı biri gözləməli deil ki, valideyn ona necə sağlamlığını qoruyacağını desin, xüsusən də cinsi. Ən azından boş vaxtlarda internet araşdırmaları aparmaq, bir qədər dünya görüşünü artırmaq bir addım daha öz sağlamlığının dəyərini anlamaq deməkdir.

Təhsil ilə bağlı tərəfləri əsas olduğu kimi insanın şəxsi fikri, yuxarıda qeyd etdiyim kimi azad fikirlilik bir gəncin bütün gəncliyini, həyatını necə səmərəli keçirəcəyini öz əlindədir. Qıraqdan kütlənin arxanca danışmasını ciddiyə almaq və ya hər bir insanın verdiyi məsləhətin arxasınca getmək hərdən çox da uğurlu nəticələnməyə bilər. Hər bir gənc ilk növbədə anlamalıdır ki, əgər həyat bir filmdirsə, məhz sen o filmdə baş qəhraman olmalısan.

“Enjoy your life – you only live once”

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI kateqoriyasında dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma