Təbiət qoynunda Bloq təlimi

Bu slaydşou üçün JavaScript lazımdır.

Nəhayət ki, səbirsizliklə gözlədiyim açıq hava altında keçirilən weBlog seminarında iştirak etdim. Bildiyiniz kimi keçən dəfə Quba şəhərində baş tutmuşdur. Bu dəfə isə təlim saf havalı, gözəl mənzərəli İsmayıllı şəhərində keçirildi. Həddindən artıq maraqlı, səmərəli vaxt keçirdik. İlk olaraq qeyd edim ki, çox səmimi blogger yoldaşlarla İsmayıllıya yola düşdük. İsmayıllıya daxil olar-olmaz özünəməxsus sərinliyi və təbiət ətrini duyduq. Baş çəkəcəyimiz ilk məkan Heydər Əliyev muzeyi idi, 2-ci məkan isə H.Əliyev parkı və orada yerləşən Tarix və Diyarşünaslıq muzeyi idi. İsmayıllının keçmişi və bugünü barədə çox maraqlı faktların və əyani vəsaitlərin şahidi olduq. Daha sonra weBlog team ilə birlikdə istirahət guşəsinə yəni, təlimin keçirildiyi məkana yollandıq. Məkana uyğunlaşdıq, dincəldik, şəkillər çəkdirdik və az bir vaxtdan sonra Hikmət Hüseynov və Əli Hacızadə tərəfindən “İnformasiya müharibəsi dövründə bloqlardan necə istifadə etməli?” adlı seminarına başladıq. Şəxsən mən bir gənc blogger kimi bu seminardan çox böyük nəticə çixardım. Ən azından bildim ki, Qarabağın bizim torpaqlar olmasına dair əsaslı faktları bilmək bizim vətəndaş borcumuzdur və beynəlxalq tədbirlərdə iştirak etdikdə belə vətənimizi söz gücü ilə təmsil etmək bizim baş ucalığımızdır. Nəzərə alsaq ki, biz bloggerik o zaman biz bu faktları müxtəlif dildə dünyaya çatdırmaq bizim üstünlüyümüzdür.

Təlimdən sonra nahar vaxtı idi, odurki hər kəs süfrə arxasına toplaşdı. Yüksək səviyyədə təşkil olunmuş nahar hər kəsin ürəyincə oldu. Təbii ki, İsmayıllada kababdan sonra samovar çayı içməmək günah olardı🙂 Nahardan sonraki istirahət vaxtını müxtəlif oyunlar oynamaqla keçirdik və vaxtın necə tez getdiyini bilmədik. Demək olar ki, mən də daxil olmaqla bir çox gənclər Bakıya qayıtmaq istəmirdi.. Bu dağlardan, çaydan, təmiz havadan ayrılmaq çətin idi lakin məcbur idik. Bakıya yola düşdük.. Hər zaman yol mənə uzun, darıxdırıcı görsənirdi, amma bu dəfə ömrümdə birinci dəfə idi ki, yolun bitməsini istəmirdim) Bu qədər səmimi, mədəni və şən uşaqlarla çox maraqlı bir yolçuluğumuz oldu və bütün yolu “inanırsan?-inanmırsan?” oyununu oynadıq. Sözün əsl mənasında necə çatdığımızdan xəbərim olmadı… Bu mükəmməl gün üçün, mükəmməl təşkilatçılıq üçün bütün təşkilatçılara xüsusən də İmam Quliyevə təşəkkürümü bildirirəm. Ardı gəlsin İnşAllah=>

 

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, Irəli, MARAQLI, Məlumat kateqoriyasında dərc edildi və , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma