Dünya gəncləri Gəncənin qonağı olacaq !

15-20 oktyabr 2011-ci il tarixləri arasında Gəncə şəhərində  “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Dünya Gənclər Festivalı – Azərbaycanı tanı” adlı gənclər festivalı həyata keçiriləcək.Festival Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncədə keçiriləcək. Dünya Gənclər Festivalına dünyanın 50-dən çox ölkəsindən 100 nəfər gənc qatılacaq.

Layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət ənənələrini, zəngin tarixini təbliğ etmək və dünyaya sülh və birlik mesajı verməkdən ibarətdir.

Dünya Gənclər Festivalında aşağıdakı 3 panel üzrə müzakirələr aparılacaq:

  1. Münaqişələrin həlli və sülh quruculuğunda gənclərin rolu – Bu mövzu haqqında olacaq seminarların əsas məqsədi gənc liderləri sülh yolu ilə münaqişələrin həllinə təşviq etmək və birgə dialoqa cəlb etməkdir.
  2. Gənclər siyasəti – Beynəlxalq təcrübə göstərir ki, gənclər siyasəti o zaman daha çox effektiv olur ki, gənclər təkcə faydalanan qismində deyil, həmçinin icraçı qismində çıxış edirlər.
  3. İncəsənət, idman və mədəniyyət – bu sahələrdə fəaliyyət göstərən gənclər müəyyən təkliflərlə çıxış edərək müsbət dəyişikliyə təşəbbüs göstərəcəklər.

Dünya Gənclər Festivalı bu ildən etibarən hər 2 ildən bir Azərbaycanın müxtəlif  bölgəsində keçiriləcək.

Ətraflı məlumat üçün www.worldyouthfestival.az saytına daxil ola bilərsiniz.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, Irəli, MARAQLI, Məlumat, WORLD, ƏYLƏNCƏ kateqoriyasında dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma