Ötən tədris ilim..

Bir il bundan əvvəl taqəti bitmiş halda hazırlıqlara gedirdim. Məndən bir sinif yuxarı oxuyanlar artıq 1ci kursu qurtarırdılar və mənim paxıllıq edirdim. Hər kəs kimi mən də qəbul oldum , xəyallarımdakı ili təsəvvür etməyə başladım hansıkı indi “ötən tədris ili” adlandırıram… Mənə elə gəlirdiki həyat mükəmməl olacaq, problem filan olmayacaq. Amma sonra görürsənki adi bir şeydir. Bir il ərzində akademik və gündəlik həyatımda uğurlarım və nailiyyətlətlərim oldu. Bacardığım qədər sosial aktivliyim ilə tələbəliyimi bir araya gətirməyə çalışırdım və demək olarki alındı. 1-ci semestr çətin gəldi biraz çünki heç bir ay deyildiki dərsə gedib-gəlirdik artıq aralıq imtahanları başladı oktyabr ayında. Birtəhər yola verdim yəni maksimum 30 bal olanlardan ən az adlığım 20 bal oldu. Nəhayət 1 ay da keçdi artıq qış sesiyası yaxınlaşırdı. Elə bilirdim 1 ay əvvəldən biz imtahan suallarını biləcəyik lakin ümumiyyətlə sualları vermədilər. İkinci şok isə 1ci imtahanın yeni il bayramından əvvəl olacağını öyrənəndə oldu. 2ci semestrdən fərqli olaraq 1ci semestrdə oxuyurdum. 7 imtahanımdan iki dənə “C”,bir dənə”B”, və dörd dənə”A” aldım. Nəzərinizə çatdırım ki, Neft Akademiyasının BBA programında “D”qiyməti artıq kəsrdir:) Beləliklə 1ci semestri başa vurdum.

2-ci semestr başlamazdan əvvəl çoxlu non-formal təlimlərdə iştirak etmişdim. Mənə gələcəkdə lazım olacaq mövzularda olan seminarlara getmişdim. Elə ona görə də artıq formal qaydada keçirilən dərslərə yəni parta arxasına sığmaq çətin oldu. Sadəcə öz-özümə deyirdim ki, qocalan vaxtı fizika oxumaq mənim nəyimə lazımdır? Eləcə də bir sıra digər fənlər. Müəllimlərin bir çoxundan soruşandakı “Sizin keçdiyiniz fənn bizə gələcəkdə hansı sahədə yardımçı olacaq?” sualımız cavabsız olaraqda qalırdı. Amma daxilimizdə bir şeylə təskinlik tapırdıq ki, çox bilmək ziyan deyil. Baxmayaraq ki, 2-ci semestrdə az oxudum amma fakt ortadadı qiymətlərim daha yaxşı oldu. Gənclərə pis örnək olmaq istəməzdim yenə də ötən dəfə yazdığım yazı keçərlidir əlbəttəki http://t.co/n1Uq4Ju . 2-ci semestrin imtahanlarından birinə hazırlaşdım və 4 aldım oxumadıqlarımdan demək olarki hamısından 5 aldım:D Hər keçən gün dua edirəm ki, nəsə itirmiş olmayım. Çünki özümə söz verdiyim kimi bu qiymətli tələbəlik illərimdən maksimum dərəcədə faydalanacam ! Inşaallah bu post davamlı olar yəni hər ilin sonu.. Hər kəsə növbəti tədris ilində uğurlar. Və ən-ənəvi ismarıc: Çalışaq ki, gələcəyimizi, savadımızı kölgə altında qoymayaq! Yalnız irəli=>

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Uncategorized kateqoriyasında dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma