Bu təşkilat siyasətdən çox uzaq…

Bir çox təşkilatlara üzvəm. Bəhs edəcəyim təşkilat “AIESEC”dir. Söz özü fransız dilindədir “Association Internationale des Etudiants en Sciences Economiques et Commerciales”. Dilimizdə təxmini tərcüməsi belədir: İqtisadiyyat və Biznes sahəsində təhsil alan tələbələrin beynəlxalq assosiasiyası. Onu vurğulayım ki, təşkilat 1940-cı illərin sonlarında yəni 1948-49da yaranmışdır. Bir təşkilatın formalaşması üçün yetərincə uzun bir müddətdir. Tarixi haqda məlumat çox yer tutar burada dolğun məlumat tapa bilərsiniz: http://www.aiesec.az/en/students/aiesec-history/ AIESEC-in əsas məqsədləri gənclərin təcrübə qazanması, liderlik keyfiyyətlərinin inkişafı, gənclərin iş karyeralarına hazırlanmasıdır. Dünyanın hət yerində AIESEC üzvü yəni AIESECer var. 110dan çox ölkədə 50,000-dən çox hal-hazırki üzv və 800,000 AİESEC məzunu var. Postun adı bir qədər çaşdırıcı görsənə bilər. Əslində müxalifət və iqtidar məsələsinin buraya aidiyyatı yoxdur. Sadəcə onu çatdırmaq istəyirdim ki, AIESEC siyasi təşkilat deyil. Dinindən, irqindən, cinsindən asılı olmayaraq hər kəsin bura üzv olmaq şansı var. Təbii ki, şansı ! Bu şansı qazanmaq imkanları ilde 2 defe payiz ve yaz aylarinda olur. Üzvlük uzun bir mərhələlərdən ibarət olur. İntervyulardan uğurlu keçən gənclər AIESECer ola bilər. Məni cəlb edən əsas xüsusiyyət odur ki, AIESEC vasitəsi ilə istədiyin ölkədə təcrübə keçmək imkanı qazanırsan. Bu il də onlarla gənc müxtəlif ölkələrə təcrübə qazanmağa üz tuturlar. Azərbaycanda gənclər arasında belə bir söz var ki, AİESEC-ə üzv olmaq universitetə qəbul olmaqdan çətindir. Burada başqa keyfiyyətlər dəyərləndirilir. Hər bir AİESECer çox məsuliyyətli, məqsədyönümlü olmalıdır. Burada bir məsələ özünü bir üzə verir: AİESEC beynəlxalq təşkilat olduğu üçün, hamı bir-birini başa düşməlidir yəni yekdil olaraq təşkilat daxili hər kəs ingilis dilində danışır. Beynəlxalq tədbirlərdə iştirak zamanı və eyni zamanda başqa ölkələrdən gələn AİESECerlər ilə ünsiyyət zamanı dil biliyi çox lazımlı olur. Məni AİESEC-in Azərbaycanda nəyə görə çox məşhur olmadığı təəccübləndirdi. Amma bildim ki, rəsmi olaraq 5 ildir vətənimizdə mövcud olsa da, 2010-cu ilin yay aylarından bəri Rumıniya vətəndaşlarının təşəbbüsü ilə sürətlə inkişaf edir. Bir çox partnyorlarımız var : Gənclər və İdman nazirliyi , Bakcell , Golden Pay, AGbank , Qarant Sığorta , HP , 1news.az xəbər portalı və s. Facebook səhifəsi : AIESEC in Azerbaijan Rəsmi sayt : www.aiesec.az Şəxsi e-mail : rufat.dashdamirov@aiesec.net

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, WORLD kateqoriyasında dərc edildi və , , , , , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bu təşkilat siyasətdən çox uzaq… üçün cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma