ŞƏFFAF TƏHSİL İTMƏYİB Kİ, ONU AXTARASAN !

Hər bir gəncin arzusu xoşbəxt həyat, uğurlu karyera, intelektual gələcəkdir. Lakin bunu oturub gözləmək bunları əldə etmək demək deyil. Bunların hər birinin təməli indidən qoyulur. Nəzərə alaq ki, həyatın ən çılğın anlarından biri də tələbəlik illəridi. Bu sözləri valideyinlərimiz bizə daim söyləyib. İndi özüm tələbə olandan sonra buna bir daha əmin oluram. Təkcə tələbəlik deyil, ömrün digər xoş anları da çox tez keçir. Sevinirəm ki, mən bunu birinci kursda oxuyarkən başa düşmüşəm.

Belə bir ara söz var “day-day”! Bu cəmiyyətin problemidir ! Çoxları buna arxalanır amma bu hər zaman kömək olmur. Yüzlərlə tələbə adı qazanmaq istəyənlərin arzusu məs bu səbəbdən puça çıxmışdır. Şükürlər olsun ki, elə bir sistem müvcuddur ki, savadı olan hər bir insan dövlət müəssisəsində işləyə bilər. Bunun üçün mütləq indidən bizə öyrədilən dərslərdən faydalanmalıyıq. Bunlar söz xatirinə yazılmış fikirlər deyil.Misal olaraq: müxtəlif təşkilatlarda keçirilən pullu təlimlər bəzi vaxtlar universitetlərdə keçirilən materiallar ilə üst-üstə düşür. Mənim oxuduğum təhsil ocağında- Azərbaycan Dövlət Neft Akademiyasında oxuyan tələbə qiymətini alır. Razıyam rüşvət 90% təhsil ocaqlarında var, amma bir insan normal şəxsiyyət kimi formalaşmaq istəyirsə ilk öncə savadını təkminləşdirməlidir. Həyatda nəsə itirmisənsə, daha da çox şey itirmədən qorx !

Mən ali məktəbə sənəd verərkən qohumumuz dedi: “Əsas qəbul olmaqdı sonrası boş şeydi mən də bitirmişəm.” Lakin bu söhbətin maraqlı tərəfi də oldu mənim şərhim: “Bəs bitirdikdən sonra nə əldə etdin?” Bu sual cavabsız qaldı təbii ki.

Mükəmməl bir təlimçinin bizə bir tövsiyyəsi oldu: “Bir insan sizə hər hansı mövzuda ağıl öyrətməyə çalışanda, sizə ağıl öyrətmək istəyən insanın həmin sahədə hansı uğur əldə etdiyini nəzərdən keçirin” Bu sözləri nə qədər tez dərk etsək o qədər xeyrimizə olar məncə. O ki qaldı şaffaf təhsilə, adında qeyd etdiyimiz kimi şəffaf təhsil itməyib, o bizim özümüzdən asılı olan bir şeydi yəni daxilimizdədi.

Bu postda korrupsiyaya çox yer ayırmaq mənasız olardı. Heç kəs sinəsinə döyməsin ki, bizdə ancaq rüşvətdi. Çünki dövlət korrupsiyaya qarşı mübarizə elan edib! Əgər təhsildə korrupsiya ilə rastlaşırsansa qaynar xətlərə müraciət et : (012) 598 10 88

Sonluğu bələ yekunlaşdırmaq istərdim ki, Azərbaycan gəncləri yetərincə dünyagörüşlüdü və atdığı addımlarının məqsədini biləndir. Çalışaq ki, gələcəyimizi, savadımızı kölgə altında qoymayaq! Yalnız irəli=>

müəllif: Rufat Dashdamirov

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Təhsil, Uncategorized kateqoriyasında dərc edildi və , , , , , , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma