Kitab Bayramı

İnsanların çox mənfi və müsbət xüsusiyyələri və ya tərəfləri var. Mən Rüfət özümdə olan mənfi cəhət desəm ilk öncə kitab oxumağa həvəsli olmamağımdır. “YOUTHinterest” olaraq deyim ki, kitab insanın daxili zənginliyini artırır. Bununla yanaşı insanın düşüncəsini, dünyagörüşünə müsbət təsir göstərir. Respublikamızda kitaba maraq yaradacaq müxtəlif layihələr, aksiyalar , sərgilər keçirilir. Bu tədbiri də onların sırasına qatmaq olar. Rəsmi məlumat=>

Mayın 27-də, saat 11.00-da Filarmoniya bağında Mədəniyyət və Turizm Nazirliyinin IV Ümumrespublika ənənəvi kitab bayramı çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Kitab bayramı – 2011”in açılış mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm İdarəsindən daxil olan məlumata görə, kitab bayramında Prezident İlham Əliyevin Sərəncamı ilə yeni nəşr olunan kitabların sərgisi, müxtəlif mövzular üzrə ədəbiyyatların sərgilənməsi, təbliği, əyani və şifahi təbliğat vasitələrindən geniş istifadə olunması, respublika nəşriyyatlarında çap olunan kitabların satışı, N.Nərimanov, M.S.Ordubadi, C.Məmmədquluzadə və C.Cabbarlının kitablarının sərgisinin və s. nəzərdə tutulduğu bildirilir.
Xatırladaq ki, “Kitab bayramı – 2011”də həmçinin, 11 Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin internet saytlarının təqdimatı da olacaq.

Tədbirdə Yayım Assosiasiyası, “Ada”, “Nil”, “Akademiya” “Dom russkoy kniqi”, “Əli və Nino” kitab mərkəzləri, “Nurlar”, “Beşik”, “Qlobal”, “Qanun”, “Qərb-Şərq”, “Olaylar” və “Xəzər” nəşriyyatlarının yeni çap məhsullarının sərgisi həyata keçiriləcək.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Təhsil, Uncategorized kateqoriyasında dərc edildi və , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma