WeBlog 2-nin yekunu . . .

Başda mən “YOUTHinterest” olmaqla, bütün Blog2-nin iştirakçıları üçün önəmli bir gün gəlir. Yəni bloqa layiqincə məsuliyyətli yanaşanlar diplom və sertifikatla təltif olunacaq. Blog1-dən fərqli olaraq bu dəfə təqdimat “İrəli” Gənclik Mərkəzində deyil, “Country Chicken” restoranında olacaq. Bu layihə getdikcə uğurlu olur. Hətta belə də deyə bilərəm ki, Blog2-nin iştirakçıları daha kreativ daha məsuliyyətli idi. Buna səbəb isə bizlər bir qədər təcrübəli olmağımız idi. Artıq bu layihəyə qatılmazdan əvvəl azca da olsa məlumatlı olmağımız idi.

“İRadio”da verdiyim açıqlamanı bir daha burda da söyləyə bilərəm. Təcrübəmə əsaslanaraq deyim ki, bu layihəyə bir qədər məsuliyyətli yanaşmaq lazımdır. Çünki, mən weBlob 1-ə də müraciət etmişəm ! Amma qəbul etmədilər:) Buna səbəb hər halda buna bir o qədər istəkli olmamağım ərizə blankında öz əksini tapmışdı) Elə bu mənə dərs oldu! Bütün tanışlarım qəbul olmuşdu. İndi təsəvvür edin mən necə sınmışdım)) Və beləliklə blog2-nin başlayacağı günü sayırdım. bu dəfə daha məsuliyyətli yanaşdım və iştirak hüququ qazandım. 

İndi isə Blog3-ə start verilir. Bütün yeni iştirakçılara uğurlar arzu edirəm. Demək istəyirəm ki, veBlog layihəsinin davamlı və uğurlu olması sizin əlinizdədi. Biz əlimizdən gələni elədik. Qarşılığını və hədiyyələri səhər görəcəyik.

Sabahki bağlanış mərasiminə qədər olan postlarımın sayı 116 ! davamı gələcək İnşallah !

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, Irəli, MARAQLI, Məlumat, Uncategorized kateqoriyasında dərc edildi və , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

WeBlog 2-nin yekunu . . . üçün cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma