Azərbaycanlı rejissor Kann festivalının mükafatını aldı

İranda həbsdə olan azərbaycanlı rejissor Məhəmməd Rəsulov Kann kino festivalının “Ən yaxşı rejissor işinə görə” mükafatını qazanıb. “Görüşünədək” filminə görə mükafat rejissorun həyat yoldaşına verilib. Çünki Məhəmməd Rəsulova İranı tərk etmək qadağan olunub.

İranlı rejissorlar Məhəmməd Rəsulov və Cəfər Pənahi 2009-cu ilin iyununda İrandakı prezident seçkilərindən sonra keçirilən kütləvi etiraz aksiyalarında iştirak etdiklərinə görə altı il müddətinə azadlıqdan məhrum ediliblər. Onların hər ikisinin filmləri 64-cü Kann kino festivalının proqramına daxil edilib. İran hakimiyyəti Məhəmməd Rəsulov və Cəfər Pənahiyə 20 il film çəkməyi qadağan edib. Hər iki rejissor girov müqabilində azadlığa buraxılsa da, İranın hüdudlarını tərk etmək qadağan olunub.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Mədəniyyət, Məlumat, Uncategorized, WORLD, ƏYLƏNCƏ kateqoriyasında dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma