Görünməmiş xaker hücumu

“YOUTHinterest” olaraq sizlərə çatdırım ki, Qafqazinfo.az xəbər portalına dünən səhər saatlarında xaker hücumu olub.

 Portalın baş redaktoru Elbrus Ərudun ann.Az-a verdiyi məlumata görə, portal axşama qədər normal fəaliyyət göstərib: “Dünən iş vaxtı bitənə qədər sayt normal fəaliyyət göstərirdi. Bu gün səhər işə gəlib saytı açanda gördük ki, sayt xaker hücumuna məruz qalıb. Bununla bağlı artıq biz başda cənab Prezident olmaqla bir sıra qurumlara müraciət hazırlamışıq”.

E. Ərudun dediyinə görə, sayta olan xaker hücumlarının səbəbləri onlara təxminən məlumdur: “Biz bu hücumların hardan qaynaqlandığını təxminən bilirik, amma bunun araşdırılmasını hüquq mühafizə orqanlarından tələb edəcəyik. Saytımız bu tip hücumlara artıq 5-ci dəfədir ki, məruz qalır. Biz bunu özümüzə qarşı yox, Azərbaycan mətbuatına qarşı hücum hesab edirik. “Qafqazinfo” portalı müstəqil şəkildə fəaliyyət göstərir. Bunu edənlər isə göstərmək istəyirlər ki, Azərbaycanda müstəqil mətbuat yoxdur Amma onlar yanılırlar. Hətta biz fikirləşirik ki, bu bizə qarşı bəzi həmkarlarımız tərəfindən də ola bilər. Qeyd etdiyim kimi, biz artıq təqribən müəyyənləşdirmişik ki, bunu kimlər edib. Bu yaxınlarda onların adlarını açıqlayacağıq”.

“Bu addım siyasi dairələrdən gələ bilərmi” sualımıza Elbrus bəy “güman etmirəm” deyə cavab verdi. O, bunu təşkil edənlərin kimlər olduğunu bildiyini və bu yaxınlarda məsələyə aydınlıq gətiriləcəyini bildirdi.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, Məlumat, Uncategorized kateqoriyasında dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma