Fransada Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Azərbaycan-Fransa Gənclik Assosiasiyası (AFGA) ölkəmizin dövlət müstəqilliyini yenidən bərpa etməsinin 20 illiyi münasibətilə mayın üçüncü ongünlüyündə keçiriləcək Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Fransanın bir sıra şəhərlərində mədəni tədbirlər təşkil edəcəkdir.

Azərbaycanın Fransadakı səfirliyinin və ölkəmizin Avropa Şurası yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə mayın 23-24-də Fransa Azərbaycanlı Tələbələr Assosiasiyası (FATA) və “Azərbaycan evi” ilə birlikdə Strasburq Universitetində “Qədim, müasir və gələcək Azərbaycan” mövzusunda sərginin keçirilməsi nəzərdə tutulmuşdur.

İki gün davam edəcək tədbir zamanı ölkəmizin qədim tarixini əks etdirən müxtəlif eksponatlarla yanaşı, keçmiş və indiki nəsil azərbaycanlı fotoqrafların əsərləri, o cümlədən Azərbaycanda səfərdə olmuş fransız turistinin xatirə şəkilləri nümayiş etdiriləcəkdir. Sərgidə, həmçinin gündən-günə çiçəklənən Azərbaycanın inkişaf perspektivlərindən bəhs edən videoçarxlar da nümayiş olunacaqdır.Sərgi eyni formada Fransanın Monpelye və Şamberi şəhərlərində davam etdiriləcəkdir.

Tədbirlərin əsas məqsədi Azərbaycanın tarixini, milli irsini, özünəməxsus mədəniyyətini və eləcə də inkişaf etməkdə olan turizm sahəsini Fransa ictimaiyyəti arasında təbliğ etməkdən ibarətdir.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Uncategorized, WORLD kateqoriyasında dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma