“Azərbaycanla viza rejimi tezliklə aradan qalxacaq”

Azərbaycana səfərlərdə viza ilə bağlı çətinliklərin olması türk iş adamları üçün narahatlıq və problemlər yaradır.

Bu barədə Türkiyənin dövlət naziri Zəfər Çağlayan “EcoVision” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, viza rejiminin olması təkcə biznes yox, adi istehlakçılara da mənfi təsir göstərir: “Turist olsun, istehsalçı olsun, investor olsun, fərqi yoxdur – istənilən sahədən insanlar çətinliklərlə rastlaşır, vaxt və pul itirirlər”.

“Azəri qardaşlarımız bizim ən hörmətli qonağımız olduğu kimi, biz də azəri qardaşların ən hörmətli qonağıyıq” – deyən nazir viza ilə bağlı məsələlərin bundan sonra ləngimədən tezliklə həll olunacağına inandığını bildirib.

Ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı investisiyaların artırılması üçün insanların sərbəst səyahətinin də böyük əhəmiyyət daşıdığını deyən nazir hazırda Türkiyənin 65 ölkə ilə viza rejimini aradan qaldırdığını vurğulayıb. Ötən il bura Suriya, Serbiya, Sudan, Portuqaliya və Livan da əlavə olunub. Aprelin 16-dan etibarən isə Rusiya ilə viza rejimi ləğv olunub.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, WORLD kateqoriyasında dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma