“Google” cəzalandırılacaq !

“YOUTHinterest” , “Reuters”ə istinadən bildirir ki, ABŞ-ın “Google” korporasiyası Birləşmiş Ştatların Ədliyyə Nazirliyinin tətbiq edə biləcəyi cərimələri ödəmək üçün 500 milyon dollar ayırıb. Nazirlik internetdə ən böyük axtarış servisinə malik korporasiyanın reklam biznesini araşdırır.

Cərimələrə ayrılmış vəsait ucbatından “Google”nin 2011-ci ilin ilk rübündəki gəlirləri 1,8 milyard dollara qədər azalacaq. Müqayisə üçün deyək ki, ötən ilin ilk rübündə şirkətin gəlirləri 1,96 milyard dollar idi.

“Google”nin rəsmi açıqlamasında bildirilir ki, araşdırma “Google”nin reklam elanlarından istifadə etmiş bir neçə şirkətlə bağlıdır.

Korporasiya reklam biznesi və başqa səbəblərlə bağlı indiyədək dəfələrlə tənqid olub. Ötən ilin sonunda Fransanın Anti-İnhisar Xidməti (French Competition Authority) “Google”ni ölkənin milli internetr reklamı bazarının 90 faizini ələ keçirməkdə ittiham etmişdi.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı MARAQLI, Məlumat, Uncategorized, WORLD kateqoriyasında dərc edildi və , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma