Gizli nömrədən sizi heç kəs narahat edə bilməyəcək !

Azərbaycanda mobil rabitə operatorlarının müştərilərə göstərdiyi xidmətlərdən biri – «gizli nömrədən zəng» xidməti yaxın vaxtlarda ləğv olunacaq. Bunu «Bakcell» şirkətinin baş hüquqşünası Mehman Səmədov bildirib.

Onu sözlərinə görə, hazırda bu məsələ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən araşdırılır: «Belə bir məsələ var ki, bütün mobil operatorlar bu xidmətdən imtina edəcəklər».

Qeyd edək ki, hazırda mobil rabitə operatorları tərəfindən tətbiq olunan bu xidmət zamanı istənilən istifadəçi nömrəsini gizlətməklə digər istifadəçiyə zəng edə bilər. Bununla yanaşı, qarşı tərəf ona zəngin hansı nömrədən daxil olduğu barədə məlumatı yalnız hüquq mühafizə orqanlarına müraciət etməklə ala bilər. Bu isə zəng qəbul edən istifadəçilərin narazılığına səbəb olur. Yeri gəlmişkən, mobil rabitə operatorlarında bildirirlər ki, məhz bu xidmətlə bağlı olaraq şirkətə hər gün onlarla şikayət daxil olur. Mobil operatorların bildirdiyinə görə, bu xidmətin istifadəçilərindən bir hissəsi vəzifəli şəxslərdir: «Onlar kiməsə zəng edəndə öz nömrələrinin görünməsini istəmirlər». Digər istifadəçilər isə bu xidmətin yaratdığı imkanlardan sui-istifadə, yəni sadəcə başqalarını narahat etmək üçün istifadə edirlər: «Göründüyü kimi, bəzi istifadəçilərimiz belə xidmətdən istifadəyə hazır deyil».

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Uncategorized kateqoriyasında dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma