FUTBOL-un qaydaları dəyişəcək


FİFA futbol qaydalarına dəyişikliklər edilməsi imkanlarının müzakirəsinə başlayıb. Dəyişikliklər 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına qədər edilə bilər.

Oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarının yumşaldılması planlaşdırılır. Əgər hücumçu və müdafiəçi bilavasitə bir-birinin yaxınlığındadırlarsa, o zaman oyundankənar vəziyyət qeydə alınmayacaq.

FİFA cərimə meydançasında qaydaların kobud şəkildə pozulmasına görə qırmızı vərəqənin göstərilməsi, 11 metrlik cərimə zərbəsinin təyin edilməsi və bunun nəticəsində futbolçunun oyundan avtomatik kənarlaşdırılması kimi “üçqat cəza” qaydasının yumşaldılmasının mümkünlüyünü nəzərdən keçirir. Çox güman ki, bu qayda dəyişiləcək və hakimlər yalnız sarı vərəqə ilə kifayətlənəcəklər.

Qapılara qol vurulmasının müəyyənləşdirilməsinin yeni sisteminin tətbiqi də nəzərdə tutulur. Həmin sistem 2012-ci ildə sınaqdan keçiriləcək.

Futbol qaydalarına dəyişikliklər FİFA-nın cari ilin iyun ayında Sürixdə keçiriləcək konqresində müzakirə ediləcək.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı MARAQLI, Məlumat, Sport, Uncategorized, WORLD kateqoriyasında dərc edildi və , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın