Bakı metrosunu kim zibilləyir?

Metropoliten rəsmisi: “Bakı metrosu keçmiş SSRi məkanında ən təmiz metro hesab olunub”.  .  .

Bakı metrosunun stansiyaları zibillik içərisindədir. “YOUTHinterest” xəbər portalının məlumatına görə, bunu görmək üçün metroda dayanıb yerdəki zibillərə tamaşa etmək kifayətdir. Stansiyalar siqaret qutuları, kontur kartları, saqqız, su butulkası, kağız qırıntıları ilə zibillənir.

Metro dayanacaqlarında zibil qabı yoxdur. Metrostansiyaların giriş və çıxışında, metro keçidlərində kiçik zibil qabları qoyulub. Bu zibil qabları isə ancaq orada ticarətlə məşğul olanlara xidmət edir. Sərnişinlər ondan istifadə etmək mümkün deyil. Bu azmış kimi, metroda jeton sisteminin ləğvi və kartlardan istifadə nəticəsində stansiyalarda sərnişinlərə verilən çeklərin atılması vəziyyəti daha da acınacaqlı edib. Zibil qutularına ehtiyac olsa da, metropoliten həmin yerə zibil qutuları qoymayıb. Stansiyalarda apardığımız müşahidələrdən məlum olur ki, zibilin atılması üçün əksər hallarda televizor və kompüter qutularından istifadə edilir. Eyni zamanda stansiyalarda kassaların qarşısına qoyulmuş qutuların boşaldılması da vaxtında həyata keçirilmədiyindən bəzi sərnişinlər kassa çeklərini döşəməyə atır.

Sərnişinlər də bu durumdan narazıdırlar. Həmsöhbət olduğum paytaxt sakinləri stansiyaların süpürlməsilə yanaşı zibil qablarının yerləşdirilməsini vacib sayırlar.
Söhbət etdiyimiz metrostansiyanın işçiləri də zibil qutusunun olmamasını belə izah etdilər: “Metronun ərazisi gün ərzində bir neçə dəfə – səhər, günorta və axşam saatlarında təmizlənir. Görünür, bu səbbədən zibil qabının qoyulması nəzərə alınmayıb. Amma, ən azı bir zibil qabının olması pis olmazdı”.

Digər tərəfdən metroda təmizlik işləri hələ də kustar üsulla aparılır. Təmizlik işləri aparan xadimələr süpürgə və əski parçasından istifadə edirlər. Sərnişinlərin intensiv hərəkəti olan yerdə təmizliyin bu üsulla aparılması insanlara pis təsir edir.

Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva Milli.Az xəbər portalına verdiyi məlumata görə, metronun hər bir yerində zibil qabıları qoyulub. Zibil qabları yalnız platformalarda yoxdur. “Dünyanın sivil ölkələrində sərnişinlər metroya zibilsiz daxil olurlar. Ancaq bizdə sərnişinlər saqqız və kağızla metronu zibilləyirlər. Metroya zibil atmaq olmaz. Bunu mən metro işçisi olduğum üçün demirəm, bir vətəndaş mövqeyimduir. Təmizlik hər bir insanın özündən asılıdır”, – deyə N.Tarıverdiyeva qeyd etdi.

Metropolitenin Hərəkət Xidmətinin rəis müavini Etibar İsayev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, metroda təmizlik işləri yüksək səviyyədə təşkil olunub. Metron stansiyaların girişində zibil qabları qoyulub. Sərnişin stansiyaya daxil olmazdan əvvəl zibilini həmin qutulara atıb içəri daxil olmalıdır. Onun sözlərinə görə, stansiyanın platformasında zibil qutusunun qoyulması qadağandır.

E.İsayev gediş kartlarının yükləndiyi yerdə də çeklərin zibillik yaratmasına aydınlıq gətirdi: “Sərnişin zəhmət çəkib çeki özü ilə götürməlidir. Onun zibilini metropoliten daşımalı deyil. Gedişhaqqı yükləmək üçün olan aparatların yanına zibilqabı yerləşdirmək çətin məsələ deyil. Sadəcə, bu təhlükəsizlik nəzərə alınaraq həyata keçirilmir. Hətta biz satıcılar məcbur edirik ki, sərnişinləri məcbur edib çeki özləri ilə götürsünlər”.

Rəis müavini metroda təmizlik işlərinin xüsusi texnika və mayelərlə aparıldığını da vurğuladı. Qeyd etdi ki, əsaslı təmizlik işləri təhlükəsizlik nəzərə alınaraq gecə saatlarında aparılır. Bunun üçün Almaniyadan təmizlik işlərini həyata keçriən müasir texnikalar alınıb. Gündüz həmin texnikanı istifadə etmək təhlükəlidir. Bu səbəbdən əl ilə təmizlənir. Təsadüfi deyil ki, ötən il Bakı metrosu keçmiş SSRi məkanında ən təmiz metro hesab olunub.

E.İsayev hesab edir ki, metorda təmizlik yaratmaq üçün ilk növbədə sərnişinlər arasında təbliğat işləri aparılmalıdır: “Metrodan istifadə qaydalı stansiyaların hər yerində göstərilsə də, sərnişinlər buna əməl etmir. Kağızları cırıb metroya tökür, stansiyaya dondurma ilə daxil olur. Ancaq bu qadağandır”.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, Məlumat kateqoriyasında dərc edildi və , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma