Nigar Camal dünya azərbaycanlılarına müraciət etdi

Nigar Jamal dünya azərbaycanlılarına müraciət etdi. . .

Məlum olduğu kimi, may ayının 11-də Almaniyanın Düsseldorf şəhərində “Eurovision 2011” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutub. Beləliklə, may ayının 14-də finalda iştirak edəcək ölkələr sırasında Azərbaycan da təmsil olunur.

“YOUTHinterest” , Milli.Az xəbər portalına əsasən bildirir ki, ötən gün uğurlu ifa nümayiş etdirərək finala düşən Azərbaycanın “Eurovision 2011” təmsilçilərindən olan Nigar CamalDay.Az Radio vasitəsilə dünya azərbaycanlılarına müraciət edib. Radionun yeni layihəsi olan “Bizim qonaq” verilişində Nigar Camal aparıcılar Vüsalə Məmmədova, Günay Abbasova və Düsseldorfa ezam olunmuş xüsusi müxbirZaur Darabzadənin suallarını cavablandırıb.

Yarımfinalda onlara dəstək olan hər kəsə minnətdarlığını bildirən Nigar Camal finalda da tamaşçılardan səs gözlədiyini bildirib:
“Müsabiqə sonrası təssüratlarımız əlbəttə ki, yüksəkdir. Bizi dəstəklədiyinə və səs göndərdiyinə görə hər kəsə təşəkkürümüzü bildiririk. Bilirik ki, promo-tur çərçivəsində səfər etdiyimiz ölkələrdən gələn xallar da önəmli rol oynadı. Düsseldorfda da bizi yüksək əhval-ruhiyyə ilə qarşıladılar. Yarımfinalda nəticələr açıqlanandan sonra isə əslində Azərbaycan bayrağı ilə müxtəlif ölkələrin nümayəndələri bizə yaxınlaşaraq öz təəssüratlarını bölüşüb, şəkillər çəkdirdilər. Bu bizi çox sevindirdi”.

Təmsilçimiz Azərbaycan adının ilk beşlikdə olmasını da məhz göstərdikləri yüksək performans ilə əlaqələndirib və dünya azərbaycanlılarından finalda da onlara dəstək olmalarını istəyib: “Bəli, biz artıq finaldayıq. İndi bizi daha çətin bir mərhələ gözləyir. Finalda 19 nömrə altında çıxış edəcəyik. Day.Az Radio vasitəsilə bütün dünya azərbaycanlılarına, bizim çıxışımızı bəyənən hər kəsə həm öz adımdan, həm də Eldarın adından səslənirəm. Finalda sizdən səs gözləyirik. Ayın 14-də finalda 19 nömrə altında çıxış edəcəyik. Şou başlayanda hər kəsdən 19 rəqəmini yazaraq, müəyyən olunmuş koda sms göndərmələrini xahiş edirik. Azərbaycana dəstək olun, çünki sizin dəstəyinizə ehtiyacımız var. Biz isə öz növbəmizdə üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışacağıq”, – deyə, Nigar Camal əlavə edib.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, WORLD kateqoriyasında dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın