Eldar və Nigar “Eurovision-2011”-in finalında!

Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011” Mahnı Müsabiqəsinin I yarımfinalı keçirilib.

Ilk yarımfinalda 19 ölkə finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıb. I yarımfinalda sıralama ilə Polşa, Norveç, Albaniya, Ermənistan, Türkiyə, Serbiya, Rusiya, İsveçrə, Gürcüstan, Finlandiya, Malta, San-Marino, Xorvatiya, İslandiya, Macarıstan, Portuqaliya, Litva, Azərbaycan və Yunanıstan çıxış ediblər.

Finala Serbiya, Litva, Yunanıstan, Azərbaycan, Gürcüstan, İsveçrə, Macarıstan, Finlandiya, Rusiya və  İslandiya təmsilçiləri çıxdılar.

“Eurovision-2011”-in II yarımfinalı mayın 12-də, finalı isə mayın 14-ü baş tutacaq.

Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Azərbaycan təmsilçiləri Eldar və Nigar 18-ci nömrə ilə çıxış edəcəklər.

Bundan başqa, finala vəsiqə uğrunda Albaniya, Türkiyə, Serbiya, Ermənistan, Rusiya, İsveçrə, Gürcüstan, Finlandiya, Malta, San-Marino, Xorvatiya, İslandiya, Macarıstan, Portuqaliya, Litva və Yunanıstan təmsilçiləri mübarizə aparacaqlar. 19 iştirakçıdan finala 10 ölkənin təmsilçisi vəsiqə qazanacaq. Yarımfinal 35 min nəfərli “Düsseldorf-Arena” stadionunun səhnəsində keçirilir. Tədbirin aparacıları aktrisa Anke Engelke, teleparıcılar Culit Reykers və Ştefan Raabdır.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Uncategorized, WORLD, ƏYLƏNCƏ kateqoriyasında dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma