Pasportların ölçüsü və görünüşü dəyişəcək

Elektron imzanın tətbiqindən sonra kağız yazışmaları, uzun növbələrə dayanmaq, ərizə cavablarını gözləmək kimi problemlər aradan qalxacaq.

Artıq qlobal informasiya cəmiyyəti formalaşır. Ölkəmiz də bu proseslərdən kənarda deyil. Bu cəmiyyətin əsas fəlsəfəsi budur ki, yaşından, dilin, dini, irqi, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün insanların informasiya tələbatı ödənilsin bilik və düşüncələri, istədikləri məlumat ictimaiyyətə çatdırılsın. İnternet inkişaf etdikcə gündəlik işlərimizdə onun təsiri də artır. Artıq indiyə qədər kağız formasında olan məlumatlar və bundan sonra yaradılacaq informasiyalar onlayn formada həyata keçiriləcək. Bu gün ökəmizdə də bu sahədə işlər aparılır. Elektron dövlət yaradılması işləri günü-gündən inkişaf etdirilir. Demək olar ki, bütün sahələrdə yeni texnologiyaların üstünlükləri hiss olunur. Bir neçə gün əvvəl də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın günlərdə elektron imzaya keçiriləcəyi barədə informasiya yaydı.
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Yadigar İmamverdiyev deyir ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası 2004-cü ildə qanun qəbul edib. Bu qanuna əsasən, elektron imza əl imzası ilə eyni səlahiyyətə malikdir. Lakin elektron imzanın həyata keçirilməsi üçün müəyyən texniki vasitələr, aparat və proqramlar tələb olunur. Elekron imza əl imzası kimi məlumatın aid olduğu şəxsi, müəllifi müəyyən etməyə imkan verən proses, siqnal, səs və ya simvol ardıcıllığıdır. Əslində elektron poçt ünvanı da elektron imzaya bənzəyir, lakin o qədər də etibarlı deyil. Elektron imzanın daha dəqiq forması kriptoqrfiyaya əsaslanan rəqəmsal imzadır. Rəqəmsal imza açıq açarlı kriptoqrafiyaya əsaslanır və 1970-ci ildən başlayaraq istifadə olunur. Müasir elektron imzada isə alqoritmlər tətbiq edilir. Rəqəmsal imza əlavə funksiyası, məlumatın məhz həmin şəxsə aid olduğunu, müəllifin kimliyini təsdiq edir. Məlumatda dəyişiklik olub-olmadığına zəmanət verir. Həmçinin burada istifadə olunan açıq və gizli açarlar təhlükəsizliyin təmin olunmasına xidmət edir. Yəni gizli açar müəllifə məxsusudur və gizli saxlanılır. Açıq açarla isə qarşı tərəf həmin sənədi yoxlaya bilir. Həmçinin açıq açarın da həmin şəxsə mənsubluğunu təsdiq edən üçüncü bir qurum yaradılır. Bu qurumdan sertifikat aldıqdan sonra həmin imzadan itifadə oluna bilər. Sertifikatlar müəyyən müddətə verilir və vaxtaşırı təzələnir. Elektron poçt, elektron imza, alqı-satqı işləri zamanı istifadə olunan sertifikatların qiyməti funksiyasına uyğun olaraq dəyişir. Elektron imza elektron mühitdə şəxsiyyəti təsdiq edən bir vasitədir. Bu gün hansı işlərdə kağız üzərində imzaya ehtiyac varsa, elekron mühitdə də həmin işlərdə tətbiq olunacaq.
Bəs elektron imzanın üstünlükləri nədir və vətəndaşlar bundan istifadəyə nə qədər hazırdır?
Şöbə müdiri deyir ki, elekron imza birtərəfli iş deyil, əgər biz elektron dövlətə keçiriksə, elektron ərizələr yazırıqsa, bu zaman elektron imza ilə təsdiq edə bilirik. Elektron imzanın geniş yayılmsı üçün elektron hökumət xidmətlərindən istifadələr reallaşdırılmalıdır. Çünki, hər bir elektron sənədi elektron sənəd edən elektron imzadır. Üstünlüklərinə gəlincə isə, kağız yazışmaları, daha uzun növbələrə dayanmaq, ərizə cavablarını gözləmək problemləri aradan qalxacaq. Vətəndaşlar internet vasitəsilə elektron ərizənin yolunu izləyə biləcək. Məsələn , ərizə nə vaxt sistemə daxil olub, indi hansı məmur tərəfindən baxılır, bunların hamısını rahatlıqla öyrənəcək. Vətəndaş- məmur münasibətləri asanlaşacaq.
Y.İmamverdiyevin sözlərinə görə, elektron imza, elektron sənəd, elektron dövlət bunlar hamısı bir çox keyfiyyət dəyişikliyinə də səbəb olacaq. Münasibətlər daha da şəffaflaşacaq, vətəndaşların elektron hökümətin işində, qərar qəbul edilməsində iştirakları daha da artacaq. Artıq ərizə ilə müraciət edib, arayış alarkən proses asanlaşacaq. Dövlət vətəndaşların işini asanlaşdırmaq üçün bu addımları atır.
Yadigar İmamverdiyev dedi ki, bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası vətəndaşlarının yeni şəxsiyyət vəsiqəsinin təsvirinin və sertifikasiyasının yaradılması haqqında” Sərəncam verib. Yeni nəsil şəxsiyyət vəsiqələrində biometrik texnogiyalardan istifadə olunacaq. Həmçinin sürücülük, hərbi, dənizçi vəsiqələri, vizalar, elektron biletlərdə biometrik xüsusiyyətlər daxil ediləcək. Adi pasportlardan fərqli olaraq bunlar elektron daşıyıcıya , mikro çipə malikdir. İndiki pasportların birinci səhifəsində olan məlumatlarla yanaşı barmaq izləri, gözün qüzehli qişası haqqında bilgilər bu çipə daxil ediləcək. Mütləq həmin sənədi verən orqanın səlahiyyətli şəxsinin imzası ilə təsdiqlənməlidir. Bu məlumatlarla həmin şəxsin irqi mənsubiyyəti və s. məlumatları əldə etmək olar. Ona görə də, bu məlumatlar kriptoqrafiya ilə qorunmalıdır.
Y.İmamverdiyev qeyd etdi ki, əslində bu gün ölkəmizdə ayrı-ayrı sahələrdə biometrik eyniləşdirmə sistemı tətbiq olunur. Lakin bunların hamısını vahid bir sisteminin yaradılması üzrə işlər aparılır. Bu tip eyniləşdirmələr aparılarkən bir çox şəxsi məlumatlar götürülür. Dövlət proqramının da əsas məqsədi bu sahədə qanunvericilik bazasının yaradılması və həmin məlumatların məhz götürüldüyü məqsəd üzrə istifadə olunmasına nəzarət etməkdir. Həmçinin “Azərbaycan Republikasının biometrik informasiyalar haqqında”, “Fərdi məlumatlar” haqqında qanun qəbul edilib və onların həyata keçirilməsi üçün normativ aktlar qəbul olunub. Bütün bunlardan əlavə biometrik pasportlar üçün sərhəd keçid məntəqələri, aeroportlar, dəmir yolu vağzallarında informasiya strukturu yaradılmalı, bu sistemləri oxuya bilən aparatlar, mobil qurğular olmalıdır.
Hər bir vətəndaş bu sistemin üstünlüklərindən yararlanacaq. İlk növbədə biometrik pasportların ölçüsü dəyişəcək. Yəni daha kiçik olacaq. İlk səhifədəki məlumatlar mikro çipin yaddaşına yerləşdiriləcək. Pasportların tez-tez dəyişdirilməsinə səbəb olan məlumatlar yerləşdirilməyəcək. Həmin məlumatların şəxsiyyət vəsiqəsində əks olunmaması əsassız yoxlamaları aradan qaldıracaq. Xarici ölkələrə gedənlər viza alarkən həmin ölkələrin səfirliklərində barmaq izlərini verməyə məcburdurlar. Bu həm vaxt itkisidir, həm də psixoloji cəhətdən insanlara təsir edir. Sərhəd keçid məntəqələrində işləri asanlaşdıracaq. Həm də bu ölkəin imicinə də müsbət təsir edəcək. Çünki belə fikirlər var ki, elektron pasportu olmayanların bəzi ölkələrə girişi məhdudlaşdırılacaq. Bu sistem həmçinin milli təhlükəsizlik və hüquq mühafizə orqanlarının işini asanlaşdıracaq. Pasport saxtakarlığının da qarşısını alacaq. Ölkə vətəndaşlarının mobilliyi təmin olunacaq.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat kateqoriyasında dərc edildi və , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma