“Ali məktəblərdə ödənişli ixtisaslar üzrə təhsil haqqı kifayət qədər yüksəkdir”

“Azərbaycanda ali məktəblərdə ödənişli ixtisaslar üzrə təhsil haqqı kifayət qədər artıqdır. Düşünürəm ki, yaxın illərdə bu ixtisaslar üzrə təhsil haqlarında artım baş verməməlidir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Nazir deyib ki, dövlət sifarişli ixtisaslar üzrə təhsil haqqı ödənişli ixtisaslar üzrə təhsil haqqından aşağı olmamalıdır: “Amma bu o demək deyil ki, təhsil haqqı ödəyən şəxslər daha yüksək təhsil haqqı ödəməlidir. Dövlətin bu sahə üzrə ayırdığı maliyyə vəsaiti artırılmalıdır”.

Bu il ali məktəbləri bitirənlər üçün təyinat olmayacağını deyən nazir bildirib ki, artıq vakant müəllim yerləri müəyyənləşdirilib, yaxın zamanlarda vakant müəllim yerləri ilə bağlı elan veriləcək: “Bu elana əsasən, ali məktəbləri bu il və əvvəlki illərdə bitirənlər elektron ərizə təqdim edərək müsabiqədə iştirak edə bilərlər”.

Nazir hazırda müəllimlərə daha çox ucqar rayonlarda ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda bədən tərbiyəsi, ədəbiyyat, tarix, bəzi yerlərdə isə riyaziyyat və kimya fənləri üzrə müəllimlərə daha çox ehtiyac duyulur.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, Mədəniyyət, Məlumat, Təhsil kateqoriyasında dərc edildi və , , , , , , , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma