Ali məktəblərdə dövlət imtahanı ləğv edilir?


“Söhbət ali məktəblərdə hansısa imtahanın ləğvindən getmir. Qərara gəldik ki, əgər hər hansı tələbə lazım olan krediti toplayıbsa, ona diplom vermək olar”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov Azərbaycan Dövlət Dillər Universitetində (ADDU) dövlət imtahanı və buraxılış işinin tamamilə ləğv olunması barədə məlumatlara münasibət bildirərkən deyib. Bu yeniliyin mətbuatda düzgün formada təqdim olunmadığını söyləyən nazir bəyan edib ki, nəzərdə tutduqları yenilik – tələb olunan krediti əvvəlcədən toplayan tələbələrə diplomun imtahansız verilməsi ilk olaraq ADDU-da tətbiq ediləcək.

M. Mərdanov orta məktəbi qızıl və gümüş medallarla bitirəcək şagirdlərin buraxılış imtahanlarından azad edilməyəcəyini də söyləyib: “Buraxılış imtahanları keçirildikdən sonra qızıl, gümüş alanların siyahısı bəlli olur. Bu halda onları buraxılış imtahanından azad etmək olmaz. Belə məzunlar üçün hələlik ciddi güzəştlər də nəzərdə tutulmayıb”.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, Məlumat, Təhsil, Uncategorized kateqoriyasında dərc edildi və , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma