“Neft Akademiyasında oxumaqdan qorxdum…”

30 aprel- günlər, aylar, illər keçsə də bu hadisə yaddaşımdan silinməyəcək. . .

2009 cu il aprel ayının 30da səhər saat 09:30 radələrində , adını dilimə belə gətirmək istəmədiyim terrorist Azərbaycan Dövlət Neft Akademiyasının D.Əliyeva küçəsində yerləşən yəni 2 nömrəli korpusuna daxil olaraq günahsız tələbə və müəllim heyətinə atəş açmışdı. . .

İndi bu sözləri belə asanlıqla yaza bilirəm.. Lakin 2 il bundan əvvlə qayıtsaq… Mən məktəbdə oxuyurdum, 10cu sinifdə. Sinif yoldaşlarımdan biri səs-küylə içəri girib dedi:”Millət 28May-da atışma var… ” Nə olduğunu heç kəs bilmədən panika qalxdı. O zaman bacım Dillər Universitetinin 28 Mayda yerləşən korpusunda oxuyurdu. Ona zəng çatmadığı üçün çox həyəcanlaşdım. Şükürlər olsun ki, daha sonra əlaqə yarandı və dəqiq bildik ki, bu hadisə ADNA-da baş verib. Sinif yoldaşım Nigarın qardaşı orda təhsil aldığı üçün tez ona zəng vurdu. Danışdılar və o bildirdi ki “Mənə görə narahat olma , hadisə o biri tədris binasındadır” Təbii ki, bu söz bizi sakitləşdirə bilməzdi. Çünki mən və dostlarım təkcə qohumlarımız üçün yox, bir şagird kimi qarşımızda ideal gördüyümüz tələbələr üçün narahat idik ! Evə gəldim. . . televizoru açdım və psixoloji sarsıntı keçirdim. Sözün əsl mənasında vəfat edən tələbələrin cəsədlərini televizor qarşısında izləmək belə olduqca ağır idi. . . 

Fikirlərim dolaşdı. . . ali məktəbə hazırlaşmaq belə mənim üçün mənasız oldu.ş.. Fikirləşdim bu tələbələrin günahı nə idi, bəlkə mənim də başıma gələcək. . .

Ən sevdiyim universitetdə Azərbaycan Dövlət Neft Akademiyasında oxumaqdan qorxdum…

Lakin necə deyərlər zaman ən yaxşı dərmandır… Fikirlərimi dəqiqləşdirdim və arzuma doğru irəlilədim. Hal-hazırda Neft Akademiyasının 1ci kurs tələbəsiyəm.

Bu hadisə nəticəsində dünyasını dəyişmiş bütün insanlara ALLAH RƏHMƏT ELƏSİN !!! Amin. . .

Abdullayev Ramiz Xəlil, 1940

Vahidov Macnun Abdulvahid, 1946

Əzizova Tamilla Zulfuqar, 1951

Qurbanova Ayna Abbasqulu, 1957

Mammadova Şafa Afat, 1978

Mammadov Taleh Tariyel, 1980

Cabbarov Savalan Allahverdi, 1987

Aslanov Ceyhun Sakit, 1988

Bagırov Ayaz Cavanshir, 1988

Bandaliyev Yusif Telman, 1989

Abdullayev Emin İmamali, 1989

Babaşov Ruslan Cafar, 1990

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, Məlumat, Təhsil kateqoriyasında dərc edildi və , , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

“Neft Akademiyasında oxumaqdan qorxdum…” üçün cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma