Bakı gəncləri “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazılanmasını yüksək qiymətləndirirlər

Bakı, 28 aprel (AzərTAc). Aprelin 28-də Gəncliyə Yardım Fondunda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müzakirəsinə həsr olunmuş Bakı gənclərinin toplantısı keçirilmişdir.
AzərTAc xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov Azərbaycan Prezidenti İham Əliyevin bir qrup fəal gənclə görüşünü xatırlatmış, ölkəmizdə 2011-2015-ci illər gənclər siyasəti üzrə Dövlət Proqramının hazırlanması ilə bağlı imzalanmış Sərəncamın müzakirəsinin geniş vüsət aldığını vurğulamışdır. Bildirmişdir ki, biz də paytaxt gənclərinin çağırışını nəzərə alaraq bu müzakirələrə qoşulduq. İnanırıq ki, təkliflərimiz Proqramda öz əksini tapacaqdır. Bu Proqram gələcəyə yönəlmiş innovativ düşüncələrlə, ölkəmizin iqtisadi göstəricilərini nəzərə alaraq Azərbaycan gəncliyini yeni zirvələrə aparacaqdır. Hazırda vətənpərvərlik, məşğulluq və təbliğatla bağlı xeyli iş görülür. Fikrimcə, inşaat-əmək dəstələrinin yaradılması, yayda natamam ali təhsilli və universitetləri bitirmiş gənclər üçün mövsümi işlərin təşkil olunması çox uğurlu addım olar. 
BŞGİBİ-nin rəisi əlil və fiziki qüsuru olan gənclər üçün əmək yarmarkalarının keçirilməsini də təklif etmişdir.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov ölkə başçısının bir qrup fəal gənci ətrafına toplayaraq onların düşüncələrini dinlədiyini və mövcud olan problemlərin aradan qaldırılması istiqamətində konkret addımların atılması ilə bağlı fikir mübadiləsi aparıldığını diqqətə çatdırmışdır. Sektor müdiri bildirmişdir ki, yeni tələblər və dünyada baş verən ictimai-siyası proseslər Proqramda öz əksini tapacaqdır. Ölkə başçısı imzaladığı Sərəncamla Dövlət Proqramının hazırlanması üçün 2 ay vaxt vermişdir. Artıq Gənclər və İdman Nazirliyi bu istiqamətdə debatlar, görüşlər və “dəyirmi-masa”lar keçirir. Biz dövlətin gənclər siyasətini həyata keçirən bir qurum kimi saytımızda xüsusi elektorn poçt yaratmışıq. Təklifi olan hər bir şəxs bura daxıl olub öz düşüncələrini və rəylərini qeyd edə bilər.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə keçirdiyi görüşdə iştirak etdiyini, görüş zamanı öz təkliflərini verdiyini və rəhbərlik etdiyi təşkilatın da Proqramın hazırlanması ilə bağlı tədbirlər keçirdiyini vurğulamışdır. G.Səfərova demişdir ki, bu gün Azərbaycan gəncində kifayət qədər potensial var. Eyni zamanda, dövlətimizin də imkanı var ki, qarşılıqlı əməkdaşlıq şəklində Azərbaycan gəncliyi modelini dünyaya çıxaraq.
Yasamal rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov növbəti dörd il üçün hazırlanacaq Proqramın əhəmiyyətindən danışmış, ölkə başçısı İlham Əliyevin gənclərə göstərdiyi qayğını diqqətə çatdırmış və öz təkliflərini irəli sürmüşdür.
Digər gənclərin də təklifləri dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Tədbirdə səsləndirilən təkliflər ümumiləşdirilərək Gənclər və İdman Nazirliyinə təqdim olunacaqdır.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, Irəli, MARAQLI, Məlumat, Uncategorized, WORLD kateqoriyasında dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma