Bakı gül-çiçəyə bürünəcək

Təntənəli Gül Bayramı üçün Avropa ölkələrindən gözəl gül-çiçəklər sifariş olunub…

Bakı şəhəri gül-çiçəyə bürünəcək. Paytaxt sakinləri və qonaqları daha bir möhtəşəm Gül bayramına şahidlik edəcək. Ümummilli lider Heydər Əliyevin mayın 10-da anadan olmasının 88 ili tamam olur. Hər il olduğu kimi, həmin gün Gül bayramı təşkil olunacaq. Hazırda bu bayrama ciddi hazırlıq gedir və bayram əvvəlki illərdən daha təmtəraqla qeyd olunacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən Milli.Az xəbər portalına verilən məlumatına görə, mayın 10-da Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev adına Parkda ənənəvi ümumşəhər Gül bayramı keçiriləcək.
Parkın ərazisində yüsək zövqlə, bədii-estetik dizayn işləri ilə hazırlanmış gül kompozisiyaları hazırlanacaq.

Məlumata görə, mayın 10-dək Gül bayramları Bakının bütün rayonlarında keçiriləcək. Mayın 10-da isə rəsmi açılış olacaq və bütün rayonların rəhbərləri Heydər Əliyev adına Parka yığışacaq. Parkda gül bayramı mayın 11-də də paytaxt sakinləri üçün açıq olacaq. Hər kəs Gül bayramını izləyib, rəngarəng güllərdən zövq ala bilər. 

Gül bayramınadək isə Bakının müxtəlif yerlərində zanbaq gülləri əkilib. Bayram tədbirləri çərçivəsində Dənizkənarı Milli Parkda bayram konserti keçiriləcək, ardınca 2 nöqtədən havaya möhtəşəm atəşfəşanlıq açılacaq.

Bakı şəhər Yaşıllaşdırma İdarəsinin baş mühəndisi Eldar Məmmədov Milli.Az xəbər portalına bildirdi ki, artıq bayramla bağlı işlərə start verilib. Bakının bütün bağ və parklarında abadlıq və yaşıllaşdırma işləri görülür. İşlər əsasən, Fəxri Xiyaban və Şəhidlər Xiyabanında, H.Əliyev Sarayının qarşısında ümumilli liderin adını daşıyan parkda həyata keçrilir.

Baş mühəndis əlavə etdi ki, Gül bayramı ilə bağlı Sarayın qarşısındakı parkda təşkil olunacaq bayram üçün güllər Avropa ölkələrindən gətirilir. Güllər sifariş verilib, yaxın günlərdə paytaxtda olacaq. Hansı yeni kompozisiyaların yaradılması isə hələlik məlum deyil. Əsas odur ki, bayram təntənəli şəkildə qeyd olunacaq. Artıq H.Əliyev adına Parkın ətrafının hasarlanmasına başlanıb.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Uncategorized, ƏYLƏNCƏ kateqoriyasında dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma