Muzeyə niyə getmirik ?

1920-ci ilin iyununda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yaradılan Tarix Muzeyi qapılarını təxminən bir il sonra tamaşaçıların üzünə açmışdı.

91 yaşlı bu muzeydə hazırda altı şöbə (Azərbaycanın qədim və orta əsrlər dövrü tarixinin ekspozisiyası, Azərbaycanın yeni dövr tarixinin ekspozisiyası, Azərbaycanın ən yeni dövr tarixinin ekspozisiyası, Etnoqrafiya, Numizmatika və epiqrafika, Elmi-ekskursiya və kütləvi işlər şöbələri), Muzey əşyalarının bərpası laboratoriyası, 12 fond, 4 qrup və kitabxana fəaliyyət göstərir.

Uzun müddət idi ki, Tarix Muzeyinə getmək, ziyarətçilərlə söhbətləşmək, qısası, ordan reportaj hazırlamaq istəyirdim. Elə bu istəklə də adıçəkilən məkana getdim. Qapıda məni qarşılayan polisə istəyimi bildirəndə, kassir xanıma yaxınlaşmağımı məsləhət gördü. Kassir isə harasa zəng edib, gözləməyimi xahiş etdi. Bir qədər gözlədikdən sonra muzeyin şöbə müdiri Bəxtiyar Sailov gələrək, muzeydən reportaj hazırlamaq üçün direktora xüsusi olaraq məktub yazılmalı olduğunu, yalnız bundan sonra muzeyə buraxa biləcəyimizi vurğuladı: “Yox, əgər sadəcə ziyarətçi kimi gəzmək istəyirsinizsə, buyurun kassaya yaxınlaşın, bilet alın, keçin baxın”.

Yeri gəlmişkən, divara vurulmuş preyskurantda böyüklər üçün muzeyə girişin 5, uşaqlar üçün 2, ailəvi biletin 10 manat olduğu yazılmışdı. “Qiymətlər baha deyilmi” soruşduqda, B.Sailov “siz nə danışırsınız, ən ucuz qiymətlər elə Azərbaycandadır. Digər tərəfdən, bu qiymətləri Maliyyə Nazirliyi müəyyənləşdirib, biz sadəcə işimizi görürük”, – deyə cavab verdi. Muzeyin şöbə müdiri ilə söhbət zamanı məlum oldu ki, qiymətlər belə olması ziyarətçilərin azalmasına səbəb olmur. Onun sözlərinə görə, muzeyə ayda təxminən 2000, gündə ən azı 100-150 nəfər ziyarətçisi gəlir.

– Dediklərinizdən belə başa düşdük ki, muzeydən reportaj hazırlamaq üçün 5 manat ödəməliyik?

– İçəri girmək üçün bilet almaq lazımdır. Bunu özüm üçün götürmürəm ki… Mən də başa düşürəm ki, bu, bir ziyarət üçün az məbləğ deyil. Amma bu, mənlik deyil. Sadəcə siz düşünün ki, Azərbaycanın tarixi ilə bu məbləğə yaxından tanış olacaqsınız.

– Necə fikirləşirsiniz, olmazmı ki, bu məbləğ əcnəbilər üçün bir qədər baha, azərbaycanlılar üçün bir az ucuz olsun?

– Onsuz da Azərbaycandakı muzeylərlə ən çox xaricilər maraqlanır. Bizimkilər muzeyə çox az-az gəlirlər.

Qeyd edək ki, muzeydə şəkil çəkmək 2 manat, videoçəkiliş aparmaq isə 15 manatdır. Muzeydən çıxanda bir şəkil çəkmək istədiyimi bildirəndə, B.Sailov “olmaz” deyə, buna imkan vermədi. “Preyskurantınızda yazılıb ki, şəkil çəkmək 2 manatdı. Mənim də 2 manat ödəyib, şəkil çəkmək hüququm var”, – deyə iradımı bildirsəm də, növbəti dəfə “olmaz” cavabını aldım.

Beləcə, Tarix Muzeyindən reportaj hazırlamaq istəyim alınmadı…

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Uncategorized kateqoriyasında dərc edildi və , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma