Eynşteynin nəvəsi yoxsulluq içərisində öldü

Babası özündən sonra on milyonlarla dollar dəyərində mülk qoysa da, beş dil bilən nəvəsinin həyatı çox ağır keçib. . .

Kaliforniyada Albert Eynşteynin nəvəsi, 70 yaşlı Evelin Eynşteyn dünyasını dəyişib. “YOUTHinterest”xəbər portalının Utro.ru saytına istinadın verdiyi məlumata görə, babası özündən sonra on milyonlarla dollar dəyərində mülk qoysa da, nəvəsi yoxsulluqda ölüb.

Albert Eynşteynin ailəsi ilə münasibətləri soyuq olub və o, övladlarını mirasdan məhrum edib. Elm dahisi bütün əmlakını və adından istifadə hüququnu Qüdsdəki Yəhudi Universitetinə verib. Sonralar alimin nəsli məhkəmə yolu ilə mirasın heç olmasa bir hissəsini əldə etməyə çalışsa da, bu, mümkün olmayıb.

Evelin Eynşteyn ağır həyat keçirib. Beş dil bilməsinə, nüfuzlu Berkli Universitetində orta əsrlər ədəbiyyatı üzrə magistr dərəcəsi almasına baxmayaraq, onun karyerası uğursuz alınıb. Enşteynin nəvəsi polis zabitindən it ovlayana qədər müxtəlif peşələrlə məşğul olub.

1955-ci ildə Albert Eynşteynin ölümündən sonra onun bütün əmlakı və sənədləri Yəhudi Universitetinə verilib. Onun adı bu gün də universitetə hər il on milyonlarla dollar gəlir gətirir. “Forbes” jurnalının reytinqinə görə, Albert Eynşteyn ən çox “qazanan” ölülər arasında səkkizinci yeri tutur.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Məlumat, Uncategorized, WORLD kateqoriyasında dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma