Bu yay hansı çimərliklərə getməli?

Dəniz mövsümü yaxınlaşır: çimərliklər hazırdırmı?

Bakı çimərliklərinə hərə bir məqsədlə gedir. Bəziləri çimməyə, bəziləri alver etməyə,  heyvanlar “otlamağa”, it-pişik isə yem axtarmağa…

Sonuncu dəfə çimərlikdə nə vaxt olduğum yadıma gəlmir. Xatırladığım bir tək odur ki, bir vaxtlar dəniz kənarında gəzməkdən zövq alardım, amma indi mümkün qədər gen gəzməyə çalışıram. Əvvəllər sevdiyim dəniz qoxusu indi kabusum olub. Ləpələr üstündə gəzən zir-zibil, rəngi bulanıq sular, eləcə də üfunət iyi çimərlik həvəsimi “öldürüb”. Dəniz mövsümü yaxınlaşır, bir azdan sərinləmək və dincəlmək istəyənlər boş zamanlarını qumsallıqda keçirəcəklər. Milli.Az xəbər portalı bu dəfə çimərlikləri “gəzəcək”.
Bir neçə ildən sonra bu məhşur mahnı şüar olacaq. Ona görə ki, dəniz yavaş-yavaş “yoxa çıxır”. Bir vaxtlar gözəl hesab etdiyimiz Xəzər indi ümumi kanalizasiya quyusu önəmini daşıyır. Gürcüstanın, daha dəqiq desək Tbilisi şəhərinin şəxsi kanalizasiyasına çevrilən Xəzərdən dənizlik əsər-əlaməti qalmayıb. Daha çox çimərliklərin pulsuz olduğu ərazilərdə rast gəlinən acınacaqlı durum insanları mümkün qədər Xəzərdən uzaqlaşdırır.

Amma buna baxmayaraq Nabran, Yalama, Abşeron, eləcə də Lənkəran çimərliklərində hər mövsüm kifayət qədər insan olur. Şənbə və bazar günləri daha qələbəlik olan çimərliklər yay aylarının ən münasib istirahət məkanları hesab edilir. Səhər saatlarından gecəyarısınadək dəniz sahilində dincələnlərin səs-küyü şəhərin səs-sədasına qarışır. Bakıdakı tıxac problemi dəniz mövsümündə bir az həll olunur, çünki çox adam sərinləmək üçün çimərliklərdə olur.

“Ləng”, “astagəl” və “pinti”

Düzdür, hələ çimərlik mövsümünə bir qədər var, amma ellikcə bir qədər “ləng” və “astagəl” xalq olduğumuz üçün bu məsələyə bir qədər tez  toxunmağı uyğun bildik. Elə əlaqədar qurumlar da indidən məsələ ilə  məşğul olmağa başlasalar, bir neçə aya güclə bitirəcəklər. İnsafən, onları qınamaq da olmaz. O qədər işləri var ki…. Çünki biz “ləng” və “astagəl” olmağımızla bərabər bir qədər də “pinti” millətik.

Ona görə “pinti” deyirəm ki, dəniz sahilində dincələndə yediyimiz qovun-qarpızın qabıqlarını elə oralara atırıq, boşaltdığımız su qutuları ləpələrin üzərində “kef edir”,  millət “ayaqyolu” işini hara gəldi edir (oxuculardan üzr istəyirəm, amma qeyd etməyə məcburam). Dediklərimizin doğru olduğunu hər biriniz isbat edə bilərsiniz. Çimərliyə gedən deyilsinizsə bu mənzərəni görmək üçün çimərlik mövsümündə yolunuzu bir dəfə dəniz kənarından salın və bir qədər ətrafa baxın. Amma gedəndə özünüzlə xüsusi olaraq oksigen balonu, ya da əleyhqaz götürməyi unutmayın.

Xəzər hər il analiz edilir

Dənizkənarı vəziyyət o qədər  ürəkaçan olmadığından çimərliklərin istiadəyə yararlı olub-olmamasına qərar vermək də bir qədər uzun çəkir. Əlaqədar qurum, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyi və işçiləri bu çimərliklərin ayırd edilməsində xeyli “tər tökür”.

Mərkəzin əməkdaşları çimərliklərdə hər il öncəliklə epidemik xəstəliklərin olub-olmamasını yoxlayırlar. Analizlərin götürülməsi daha çox antisanitar vəziyyətlərdə tuğyan edən vəba xəstəliyinə qarşı tədbirlərin görülməsi üçündür. Eyni zamanda digər epidemik xəstəliklərə qarşı tədbirlərin görülməsi və mübarizənin gücləndirilməsi vacibdir. Müayinələr bakteoroloji, kimyəvi, eyni zamanda toksikoloji üsulla aparılır. Öncə bütün faktlar toplanır, yekun vəziyyətlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə gərəkli məlumat verilir.

Qeyri-normal hava şəraiti işləri ləngidir

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin müdiri Leyla Tağızadə Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, hazırda bu işlə əlaqədar heç bir hazırlıq görmürlər:

“Havaların soyuq keçməsi bu il işimizi bir qədər ləngitdi. Çünki biz sırf sudakı bakteriyaları aşkar edirik, sudakı mikroelementlər isə soyuq olanda hiss edilmir. Havaların isinməsini və dəniz suyunun nisbətən ilıq olmasını gözləməliyik”.

Leyla Tağızadə bildirdi ki, bu barədə nəticələr əldə ediləndə həmişə olduğu kimi ilk öncə mediaya xəbər veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi hər il olduğu kimi bu il də çimərliklərin monitorinqinə başlayıb. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə monitorinqlər artıq start götürüb. Yekun nəticələr bir həftə ərzində məlum olacaq.

Çimərlikdə heyvandarlıq da mümkündür

İndi dənizə gedənlər tək insanlar deyil – qumsallıqda kifayət qədər iri və xırda buynuzlu heyvanlar da görə bilərsiniz. Səbəbi də budur: dincəlməyə gələnlərin əksəriyyəti yemək artıqlarını elə dəniz sahilinə atır, ətraf kəndlərdə heyvandarlıqla məşğul olan sakinlər də bunu bildiyindən heyvanları dəniz sahilinə “otlamağa” gətirir.

Doğrudur, oralarda ot olmur, amma qida qidadır, ot olmasın ət olsun, meyvə-tərəvəz olsun, heyvanlar nə tapsalar, ondan da yeyib gedirlər. Bir dəfə avtobusa yanından ötüb keçdiyim bir çimərlikdə bir qadın bir dəstə hind toyuğu “yemləyirdi”.
Çimərliklərdəki tullantıların iyi ora it-pişiyin “dadanmasına” da səbəb olur. Uşaqların əlini yalayan, insanların böyür-başını “kəsdirən” itlərin quduz olma ehtimalı da var.

Yay aylarında daha çox  Şıx çimərliyində hiss edilən səliqəsizlik hər addımda gözə çarpır. Havalar bir qədər isinəndən sonra çimərliyin düz yaxınlığındakı çirkli gölməçələr potensial infeksiya mənbəyi olur.

Eyni durum Nabran çimərliklərində də var. Yaxınlıqda yerləşən kəndin sakinləri heyvanlarını yemləmək üçün dəniz kənarına gətirirlər. Heyvanların hansısa xəstəliyin daşıyıcısı olması ehtimalını düşünsək, o zaman çimərliyə gələnlərin təhlükədə olduqlarını deməyə əsasımız da olur.

Hər şeyi xilasedicilərdən gözləməyək

Çimərliklərin digər problemi də  xilasedici dəstələrin az olması, bəzən ümumiyyətlə olmaması və ya onların müasir xilasedici avadanlıqlarla təmin olunmamasıdır. Amma bu problem keçən il öz həllini tapdı. Fövqaladə Hallar Nazirliyi çimərlikləri yeni avadanlıqlar və texnika ilə təmin etdi.
Yeri gəlmişkən, qeyd edək ki, hər  il Fövqaladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti çimərliklərə gedənlərə müraciət də ünvanlayır.
Müraciətlərdə bildirilir ki, əhali özü də diqqət etsin, təhlükəli zonalara yaxınlaşmasınlar, uşaqlara uzağa üzməyə icazə verməsinlər, sərxoş halda suya girməsinlər, çimərlik ümün ayrılmış yerlərdə çimsinlər.

Eyni zamanda çimərliyə gələnlərdən tələb edilir ki, təhlükəsizlik əməkdaşlarının məsləhətlərinə qulaq assınlar, xilasetmə əməkdaşlarının və  xilasetmə texnika və avadanlığının olduğu yerlərə yaxın ərazidə çimmək lazımdır. Çimmə zonasında balıq ovlamaq qadağan edilib.

Vətəndaşların məsuliyyəti hər problemin həllinə kömək edər, əsas odur ki, bu ilki çimərlik mövsümünə hazırlaşanlar diqqətli olsunlar. Özünüzün və doğmalarınızın həyatını təhlükəyə atmamaq üçün yuxarıda qeyd edilənlərə əməl edin.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Uncategorized, ƏYLƏNCƏ kateqoriyasında dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bu yay hansı çimərliklərə getməli? üçün 2 cavab

  1. elvinhuseynzade dedi ki:

    en yaxşısı hovuzda cimmeydi🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma