“Earth Day” münasibətilə tədbirlər silsiləsi həyata keçirmişdir

İrəlinin təşəbbüsü ilə “Yer Günü” münasibətilə tədbirlər silsiləsi həyata keçirmişdir. . .

22 aprel “Yer Günü” münasibətilə “İRƏLİ” İctimai Birliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə Yeni Suraxanı qəsəbəsindəyaşıllaşdırma aksiyası həyata keçirmişdir. Aksiya çərçivəsində 50 nəfər gənc tərəfindən 100 ağac əkilmiş, həmçinin yaşıllıqlara qulluq edilmişdir. Sonda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov aksiyanın fəal iştirakçılarına təşəkkürnamə təqdim etmişdir.

Bugün, həmçinin “Planetimizi tanıyaq” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində “İRƏLİ” İctimai Birliyi “Təbiət Elmlərinə Dəstək və Ekoloji Maarifləndirmə” İctimai Birliyi ilə birgə 200 nəfər gəncin iştirakı ilə təqdimat keçirmişdir. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.  Qeyd edək ki, 22 aprel tarixi ötən əsrin 70-ci illərindən etibarən “Yer Günü” (Earth Day) kimi qeyd olunur. Hal-hazırda dünyanın ən böyük ekoloji kampaniyalarından biri olmaqla, 150-dən artıq ölkədə, o cümlədən respublikamızda qeyd olunur. “Yer Günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə, informasiya vasitələrində çıxışlar etməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar. “İRƏLİ” İctimai Birliyi adı çəkilən kampaniyanın dünya üzrə koordinə edən şəbəkə – “Earth Day Network”un Azərbaycan üzrə ilk və rəsmi tərəfdaşıdır.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, Irəli, MARAQLI, Məlumat, Uncategorized, WORLD kateqoriyasında dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma