ASAİF təkliflər paketi hazırlayacaq

ASAİF “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” proqramı üçün təkliflər paketi hazırlayacaq…


Xaricdə Təhsil Almış və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF)  xaricdə təhsil alan tələbələri bir araya toplayaraq yaradıcı gənclərə yeni imkanlar əldə etmək üçün onların bu və ya digər problemlərini həll etmək və onlarla müxtəlif sahələrdə fikir mübadiləsi aparmaq niyyətindədir.

Təşkilatdan Milli.Az xəbər portalına verilən məlumata görə, bundan əlavə ASAİF gənclərin Azərbaycan Respublikasında daha çox ehtiyac duyulan tibb, mühəndislik, aqrar elmlər, biotexnologiya, genetika, informasiya kommunikasiya texnologiyaları sahələrində xaricdə təhsil alması, o cümlədən, hərbi- vətənpərvərlik sahəsində qaçqın və məcburi-köçkün yaradıcı gənclərə də geniş imkanların açılması, Azərbaycanın istedadlı gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil əldə etmələri, dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılmasına öz töhfəsini verəcək. 

Qeyd edək ki, qloballaşan dünyada Azərbaycan Respublikasının Avropaya inteqrasiyası prosesi fəallaşır və hər bir demokratik cəmiyyətdə labüd olduğu kimi, Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi, Azərbaycan reallıqlarının və həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, azərbaycançılıq və ümumi-mənəvi inkişaf istiqamətində Azərbaycan gəncliyinin fəaliyyət planının inkişafına və o cümlədən, gənc və yeniyetmələrin müəyyən töhfələr irəli sürməsinə ehtiyac var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə bu yaxınlarda  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalayıb.

Bununla bağlı olaraq “Xaricdə Təhsil Alan və Məzum Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forum”u öz missiyasını davam etdirirək Azərbaycan Respublikası Prezidenti tərəfindən verilən sərəncama əsasən cəmiyyətin siyasi, sosial, iqtisadi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsi, onların intelektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” adlı proqrama uyğun olaraq təkliflər paketi hazırlayacaq.


YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Təhsil, Uncategorized kateqoriyasında dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma