600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək

Layihədə yeni doğulan uğaşın vətəndaş hesab olunması üçün nəzərdə tutulan çəkinin 1 kq 600 qramdan 600 qrama endirilməsi təklif olunur.

Azərbaycanda “Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin yeni variantının parlamentin yaz sessiyası ərzində müzakirəyə çıxarılması gözlənilir. Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı məlumat verib. Deputatın sözlərinə görə, qanun layihəsində xeyli dəyişiklik edilib. Başlıca dəyişiklik isə ilk müzakirələrdə onun özü də daxil olmaqla deputatlar tərəfindən etirazla qarşılanan iki məsələnin layihədən çıxarılmasıdır. Bunlar surroqat ana və sperma bankı ilə bağlı məsələlərdir.

“Bizdə hər iki məsələ ciddi narazılıq doğururdu. Təbii ki, milli mentalitetimiz və ailə adətlərimiz bu məsələlərə imkan vermir”, – deyə deputat əlavə edib.
Millət vəkili yenidən işlənilən qanun layihəsinə ana və uşaq sağlamlığı ilə bağlı yeni məsələlərin salındığını da qeyd edib. Deputatın sözlərinə görə, hazırda Azərbaycanda doğularkən çəkisi 1 kq 600 qram olan uşaqlar vətəndaş hesab olunur. Dünyanın əksər ölkələrində isə bu hədd 600 qram götürülür: “Hesab edirəm ki, biz də bu həddi götürməliyik və qanun layihəsində bu məsələ də əksini tapacaq. Hazırda bu məsələ də müzakirə olunur. Mən şəxsən istərdim ki, Azərbaycanda da 600 qramlıq hədd götürülsün”.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Uncategorized kateqoriyasında dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma