“Bakının birincisi” II İntellektual Gənclər Festivalı başlayıb

Bakıda Gənclər və İdman Nazirliyinin və Gənclər Təşkilatları Milli Şurasının birgə dəstəyi ilə “Bakının birincisi” II İntellektual Gənclər Festivalı keçirilir.

Gənclər Təşkilatları Milli Şurasından (GTMŞ)  “YOUTHinterest” xəbər portalına daxil olan məlumata görə, festival çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarışmasının açılışında layihənin rəhbəri, GTMŞ-nın üzvü Ayan Bəşirzadə bildirib ki, turnir Beynəlxalq Klublar Assosiasiyasının lisenziyası əsasında keçirilir. 30 komandada birləşən 180 nəfərin iştirakı ilə keçiriləcək yarışda tələbələr, bilicilər klublarının nümayəndələri iştirak edəcəklər.

Açılış mərasimində çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncamı bir daha dövlətin gənclər siyasətinə olan diqqət və qayğısını ifadə edir. F. Muradov bu tədbirin keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsinin artırılması, bilik və bacarıqlarının daha geniş şəkildə ortaya qoyulmasıdır.
Millət vəkili Sevinc Hüseynova bildirib ki, bu yarışların keçirilməsi ölkəmizdə gənclərin inkişafına xidmət edir.

Daha sonra yarışmaya start verildi. Turniri Minsk şəhərindən dəvət olunmuş məhşur teleaparıcı, “Büllur bayquş” mükafatının sahibi,  “2001-2005-ci illərdə klubun ən yaxşı kapitanı” fəxri adına layiq görülmüş Ales Muxin aparır. Turnirin münsiflər heyəti Bakı elitar klubunun üzvləri olacaq.

Qeyd edək ki, GTMŞ son iki il ərzində “Nə? Harada? Nə zaman?” oyunu üzrə artıq 3-cü layihəsini həyata keçirir.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Təhsil, Uncategorized kateqoriyasında dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma