İçəri Şəhərdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd ediləcək !

İçəri Şəhərin çoxəsrlik tarixə malik, ölkə əhəmiyyətli abidəsi olan Kiçik Karvansarada 18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “İçərişəhər – tarixi-mədəni irs və müasir turizm mərkəzi” mövzusunda dəyirmi masa keçiriləcək. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, tədbirdə AMEA-nın və “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğu İdarəsinin əməkdaşları  İçəri Şəhər və burada yerləşən abidələr barədə məruzələrlə çıxış edəcək, günün anlam və dəyərindən danışacaqlar.

Bununla yanaşı Kiçik Karvansarada İçəri Şəhərdə gedən bərpa və muzey-konservasiya işlərinə həsr olunmuş “Məhəmməd məscidi”, “Sıratağlı dini-memarlıq kompleksi – Xanəgah”, “Numizmatik muzey-ekspozisiyası” mövzusunda fotosərgi keçiriləcək. Fotosərgidə eyni zamanda Qarabağın, Naxçıvanın, Bakı və Abşeronun abidələrinin fotoları da nümayiş etdiriləcək.

“Şirvanşahlar Sarayı Kompleksi”ndə saat 12.00-da məktəblilərn iştirakı ilə Azərbaycanın memarlıq abidələrinə həsr edilmiş bədii kompozisiya təşkil olunacaq, Elturan Avalovun və Qəzənfər Əlizadənin qrafik və sulu boya ilə işlənmiş rəsm əsərləri sərgilənəcək.  Eyni zamanda “Şirvanşahlar Sarayı Kompleksi”ndə “açıq qapı” günü elan ediləcək və arzu edən hər kəs bu möhtəşəm abidə kompleksini ziyarət edə biləcək.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Uncategorized, ƏYLƏNCƏ kateqoriyasında dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma