Tələbələr və Dekan üz-üzə gəldi !

Dekan:”Dünyanın heç bir ali təhsil ocağında dekan qapı arxasından tələbəni güdmür”.

Azərbaycanın nüfuzlu təhsil ocaqlarından birində tələbələr fakültə rəhbərliyi ilə qarşı-qarşıya gəlib. Söhbət Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsindən gedir. Bir qrup tələbənin Milli.Az xəbər portalına ünvanladıqları məktubda, onların xoşagəlməz vəziyyətlə üzləşdikləri iddia olunur.

Tələbələr iddia edirlər ki, “onların universitetə qarşı saymazlıq etdikləri” əsas gətirilərək dərsə buraxılmırlar. Məktubda deyilir ki, aprelin 12-də fakültənin dekanı Əfqan Abdullayev dərsləri yoxlayıb. Həmin gün 3-cü saatın dərsində 79 tələbə auditoriyada olmayıb. “Nə olsun ki, 79 tələbə dərsdə olmayıb? Biz Boloniya sistemində oxuyuruq. Dərsə gəlməyənin “qayıbı” yazılmalıdır. Bu tələbələrin çoxu əlaçı, dövlət hesabına təhsil alanlardır. İndi də bizi dərsə buraxmayıb, qayıb yazırlar. Üstəlik də, bu qayıblar sonradan imtahana giriş balımızdan çıxılacaq. Dekan deyir ki, aprelin 25-nə kimi sizi dərsə qoymayacam. Bu isə o deməkdir ki, həmin vaxta qədər biz qayıb limitini keçir və avtomatik imtahana buraxılmırıq” – deyə tələbələrin şikayətində deyilir.

Tələbələr iddia edirlər ki, dərsə buraxılmamaqla onların təhsil hüquqları pozulur: “Rektor burada yoxdur, tələblər heç bir qanuni sənəd olmadan universitetden kənarlaşdırılır. Kimin ürəyi nə vaxt istəyir, gəlib töhmət yazır. Həm də, biz qayıb limitimizi keçməmişik, heç bir xəbərdarlıq almamışıq”. 

Qarşı tərəf isə tələbələrin bu iddialarını yalanlayır. İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, tələbələrin şikayəti əsassızdır. Dekan deyir ki, əgər həmin tələbələrə dərs lazım deyilsə, gedib başqa işlə məşğul olsunlar: “Bəs niyə dərsə gəlirlər? Yalandan bəhanə edirlər ki, guya işləri çıxıb, ona görə dərsə girməyiblər. Əgər iş çıxırsa, xəbər vermək, icazə almaq lazımdır. Tələbə niyə dəftəri olmadan dəsrə gəlməlidir? Oxumursansa, oxuma”.

Ə.Abdullayev deyir ki, dünyanın heç bir ali təhsil ocağında dekan qapını kəsib tələbəni güdmür: “Bizdə dekan sanki qorovulçu rolunda olur. Tələbələr Boloniya sistemini bəhanə gətirirlər, amma bilmirlər ki, bu sistemdə tələbənin davamiyyətinə nazərət var. Onlar başa düşmürlər ki, dünyanın hər yerində 90 dəqiqənin sahibi tələbədir, amma bizdə bu vaxtın sahibi müəllimdir. Deyirəm ki, özünüz dərsi idarə edin, amma onlar bunu anarxiya kimi qəbul edir”.

Professor tələbələrin dərsə buraxılmamasını müəllim vicdanı qarşısında düzgün addım hesab edir: Valideynlərini çağırmışıq ki, övladlarının dərsə davamiyyəti barədə onları məlumatlandıraq. Axı 18 yaşlı övlada valideyn nəzarət etməməlidir. Amma bir sıra valideyn orda-burda danışır ki, uşağımıza savad vermirlər. Sabah gəlib bizi günahlandırmasınlar. 21-22 yaşlı tələbəyə “oxu!” deməyə utanıram” – deyə dekan fikirlərini bölüşüb.

Sonda əldə etdiyimiz məlumata görə, bu gün artıq tələbələr dərsə buraxılıblar.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Təhsil, Uncategorized kateqoriyasında dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma