Parisdə bayram tədbirləri keçiriləcək

Heydər Əliyev Fondu müstəqilliyimizin iyirminci ildönümü ilə bağlı Parisdə bayram tədbirləri keçirəcək . . .

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq Heydər Əliyev Fondu və ölkəmizin Fransadakı səfirliyi aprelin 18-dən 21-dək Parisdə bayram tədbirləri keçirəcək. Bu barədə Trend-ə Heydər Əliyev Fondunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 19-da YUNESKO-nun iqamətgahında Azərbaycan xalçaçılıq sənətinin nadir nümunələrini əks etdirən xalça sərgisi avropalılara təqdim olunacaq. Burada XIV əsrdən etibarən Avropada tanınmağa başlayan və sənətsevərlərin diqqətini cəlb edən Azərbaycan xalçalarının günümüzə gəlib çatan nümunələri, o cümlədən Qarabağ xalçaçılıq məktəbinin nadir inciləri sərgilənəcək.

Həmin gün iqamətgahda gənc istedadların estrada konserti nəzərdə tutulur. Adı avropalı musiqisevərlərə tanış olan pianoçu İsfar Sarabski, Aysel Teymurzadə, Səfurə Əlizadə və digər gənclərin konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri yer alacaq.

Zəngin mədəniyyətimizin fəal təbliğinə çevriləcək bu günlərdə Parisin “d’Evreux” hotelində müasir Azərbaycan incəsənətinin tanınmış simalarının əsərləri nümayiş olunacaq.

“Bakının müasir incəsənət muzeyinin rəssamları” adlı sərgidə 33 rəsm və heykəltəraşlıq əsəri təqdim olunacaq. Burada dünyaşöhrətli Tahir Salahov, tanınmış rəssamlardan Rasim Babayev, Altay Sadıxzadə, Müseyib Əmirov, Elyar Əlimirzəyev, Niyaz Nəcəfov, heykəltəraşlardan Fuad Salayev və Fazil Nəcəfovun müasir avanqard üslubda işlənmiş əsərləri sərgilənəcək.

Bayram tədbirində Heydər Əliev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından avropalı qonaqlara ziyafət veriləcək.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Uncategorized, ƏYLƏNCƏ kateqoriyasında dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma