Azərbaycanda Amerika təhsil yarmarkası açılacaq

Hazırda Amerikada Azərbaycandan olan 400 tələbə təhsil alır. Hər il tələbələrin sayı 15 faiz artır.

“YOUTHinterest” xəbər portalı “Amerikanın səsi”nə istinadən bildirir ki, aprelin 7-də saat 15-dən 18-dək Bakı Təhsil Məlumat Mərkəzi  ABŞ Ali Təhsil qrupu ilə birgə Azərbaycan Dillər Universitetindəki Amerika Təhsil Mərkəzində Amerika Təhsil Yarmarkası keçirəcək. Yarmarkada Amerikanın 11 universiteti iştirak edəcək. Ziyarətçilər Amerikada təhsil almaq imkanları haqqında məlumat alacaq. Tələbələr və valideynlər Birləşmiş Ştatlardakı universitetlərin nümayəndələri ilə görüşəcək, maraqlandıqları suallarla onlara müraciət edə biləcək.

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza bildirib ki, hazırda Amerikada 400 azərbaycanlı tələbə təhsil alır. “Amerika dünyanın ən güclü universitetlərinə malikdir və Azərbaycanlı tələbələr Amerikada təhsil almağa üstünlük verir. ABŞ-da təhsil alan azərbaycanlıların sayı ildən-ilə durmadan artır. Hər il Amerikada təhsil alan tələbələrin sayı 15 faiz artır”, – o deyib.

Səfir həmçinin hazırda Amerikada 30 mindən çox Türkiyədən olan tələbənin təhsil aldığını vurğulayıb.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Uncategorized kateqoriyasında dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma