Azərbaycanda beynəlxalq turizm sərgisi keçiriləcək

Aprelin 28-30-da Bakıda X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2011) keçiriləcək.

Bu il 10 illik yubileyini qeyd edən sərginin Azərbaycanda elan edilmiş Turizm İlinə təsadüf etməsi “AITF-2011”ə marağın artmasına səbəb olub. Belə ki, yubiley sərgisində 150-dən çox şirkətin iştirakı, habelə 23 ölkə və 55 istiqamətin təqdim ediləcəyi gözlənilir.

Sərginin əsas təşkilatçısı olan “Iteca Caspian” şirkətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, ötənilki sərgidə iştirak etmiş bütün qruplar “AITF-2011” sərgisində iştiraklarını bir il əvvəlcədən sifariş edib. Beləliklə, bu ilki sərgidə Yunanıstan, Gürcüstan, Hindistan, Mavriki, Türkiyə və Çexiyanın milli stendləri nümayiş olunacaq.

Sərgiyə ənənəvi olaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Ümumdünya Turizm Təşkilatı, Azərbaycan Sahibkarlar Konfederasiyası dəstək verir, sərginin tərəfdaş ölkəsi isə Türkiyə olacaq. Bundan əlavə, “AITF-2011” sərgisinin iştirakçıları siyahısında Türkiyənin iki böyük turizm operatoru da iştirak edir. Sərginin sponsorları arasında «SilkWay Travel» turizm şirkəti də var. AITF sərgisinin rəsmi hava yolları qismində AZAL şirkəti çıxış edir.

Bu sərgi ilə paralel olaraq II Ümumrespublika Daxili Turizm Sərgisi də keçiriləcək. Daxili turizm sərgisində 18 regiondan təxminən 100 şirkət təmsil olunacaq, Azərbaycanın regional istirahət zonaları, sanatoriyaları və mehmanxanaları nümayiş etdiriləcək.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Məlumat, Uncategorized kateqoriyasında dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma