Ölkəmizin şərq hissəsi aşağı düşür?

“Salyan rayonu ərazisindən Hacıqabula qədər torpaqda qırılma baş verib”. Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun seysmologiya və geodinamika şöbəsinin müdiri Fəxrəddin Qədirovun sözlərinə görə, proses martın əvvəlindən başlanılıb.

Həmin ərazinin dənizə baxan şərq hissəsi 5-10 sm aşağı düşüb. “Bəzi yerlərdə kiçik palçıq vulkanları peyda olub. Ən əhəmiyyətlisi isə odur ki, bunlar Hacıqabulda 3.5, 3.6, 3.2 maqnitudalı zəlzələlərin olmasına gətirib çıxarıb”, – F.Qədirov deyib və bunun hələ son olmadığını, prosesin davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, ərazidə ölçü işlərinin sayını artırmaqla prosesin hansı istiqamətdə inkişaf etdiyini demək mümkündür. “Bütün nəzəri tədqiqatlar göstərir ki, bu yarılma Abşerona tərəf hərəkət edə bilər. Əsas qorxu da bundadır”.

Baş verən yarılmanın səbəbini açıqlayan F.Qədirov hesab edir ki, yer daxilindəki Ərəbistan plitəsinin təsiri ilə yer qabığının 15 km qalınlığında horizontal proses gedir. “Salyandan başlayaraq bu horizontal proseslərin istiqamətləri dəyişir. Salyan, Xıdırlı, Bakı nöqtələrində şərqə, digərlərində isə şimala və qərbə tərəf hərəkət dominantdır. Sanki Salyandan Şamaxıya kimi qərb hissə saat əqrəbinin əksi istiqamətində, digər tərəf isə saat əqrəbi istiqamətində dönməyə çalışır. Burada çox böyük sürət fərqi var. Bu sürət fərqi Xıdırlı, Şıxlar, Bakı və Gürgan arasındadır. Xıdırlıdan Gürgana qədər surətlər şərq komponenti üzrə 6 mm-dən 0-a qədər dəyişir. Bu, çox təhlükəlidir. Elə bil ki, bir şeyi bir tərəfdən dartıb, digər tərəfdən saxlayırsan. Bu zaman qırılma baş verir. Bu, plitəiçi qırılmadır. Ola bilsin ki, qədimdən qalandır, indi aktivləşib. Bu, bir az qorxu yaradır”.

Abşeronda da qədimdən qalma zəlzələ ocaqları və qırılmaların olduğunu deyən Qədirov onların aktivləşə biləcəyini istisna etməyib. O, 1842-ci ildə Zabratda baş verən zəlzələ zamanı həmin ərazidən bir qırılmanın keçdiyini deyərək, onun da hər zaman aktivləşə biləcəyini vurğulayıb: “Bu prosesi dəqiq bilmək lazımdır”.

Alimin sözlərinə görə, proses diqqətdə saxlanılır. Bununla əlaqədar müxtəlif dövlət qurumlarına müraciətlər edilib. Həmin ərazidə yaşayış evlərinin içərisində də çatlar yaranıb.

Azərbaycanın lazımi səviyyədə seysmoloji xəritəsinin olmadığını deyən Geologiya İnstitutunun şöbə müdiri bu istiqamətdə iş getdiyini bildirib (APA). Onun sözlərinə görə, seysmoloji xəritənin hazırlanmasında əsas məqsəd zəlzələlərdən dəyən ziyanın mümkün qədər azaldılmasıdır: “Buna görə də işləri artırmaq lazımdır. Azərbaycanda seysmik təhlükə xəritələri, zəlzələlərin ssenariləri hazırlanmalıdır. Gərginlik toplanan zonaların müəyyənləşməsi üçün geodinamik tədqiqatlar daha dəqiq aparılmalıdır”.

Təmsil olunduğu institut tərəfindən Azərbaycanın titrəşmə xəritəsinin yaradıldığını da deyən F.Qədirov jurnalistlərə bildirib ki, bu, Azərbaycanda mövcud olan seysmik təhlükələri öyrənmək baxımından əsas xəritədir: “Təəssüf ki, indiyədək Azərbaycanda belə xəritə mövcud olmayıb. Bu xəritənin ardınca Azərbaycanın seysmik göstəricilərinə dair silsilə xəritələr buraxılacaq. Onların arasında Azərbaycanın maksimal maqnituda xəritəsi də var. Azərbaycanda ən güclü zəlzələnin maqnitudası 7-ni keçməyib”.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Uncategorized kateqoriyasında dərc edildi və , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma