EARTH HOUR AZERBAIJAN- Yer saatı

Dünya Təbii Həyatı Qoruma Dərnəyi (WWF) tərəfindən Qlobal istiləşməylə mübarizə məqsədiylə bu il beşincisi reallaşdırılan Yer Saatı (Earth Hour) Kampaniyası üçün Qız qalasının işıqları söndürüldü. İşıqlar saat 22:30-dan 23:30-a qədər söndürüldü.

“Yer saatı” beynəlxalq aksiyasında rekord sayda – 134 ölkə iştirak edib. Dövlət obyektləri və fərdi evlərdə işıqlar bir saatlığa söndürülüb. Bu iş 2007-ci ildə Avstraliyada başladı. 2008-də qlobal bir hərəkata çevrilən Yer Saatı (Earth Hour), 2009-cu ildə bir rekorda imza atdı və dünya səviyyəsində icra edilən ən böyük kampaniya olaraq xatırlanmağa başlandı. Fəaliyyətə qatılaraq, həmrəylik məqsədiylə işıqlarını söndürən əhəmiyyətli strukturlar arasında Parisdə Eyfel qülləsinin, Londonda Biq Ben, Nyu-Yorkda Tayms Skver, Afinada Akropol, Moskvada 70-dən artıq obyekt, o cümlədən Moskva Dövlət Universitetinin binasının, Sydney Harbour, CN Qülləsi, Golden Gate və Romadakı Kolizey… işıqları söndürülüb.

Azərbaycanda isə “İRƏLİ” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Earth Hour kampaniyası keçirilib. Bakıda təşkil edilən tədbir bir neçə hissədən ibarət olub. Təlim, şəhər oyunu və ekoloji aksiyalardan sonra iştirakçılar Qız Qalası ətrafında toplaşaraq abidənin işıqlarını təbiətin qorunması simvolu olaraq 1 saatlıq söndürüblər.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, Irəli, MARAQLI, Uncategorized, WORLD, ƏYLƏNCƏ kateqoriyasında dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma