Auto Show 2011

Bakıda Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə VII Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi («AutoShow-2011») işə başlayıb. «APA-ECONOMICS»in məlumatına görə, sərgi martın 19-dək davam edəcək. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Belarus, Almaniya, Danimarka, İtaliya, Kanada, Çin, Yaponiya, Malayziya, Rusiya, Litva, Tayvan və İsveçrənin 100-dən artıq şirkəti iştirak edir, öz məhsul və xidmətlərini nümayiş etdirir. Sərgidə 3 iri sektor fəaliyyət göstərir ki, bura minik avtomobilləri, kommersiya tipli nəqliyyat və bütün növ nəqliyyat vasitələri üçün ehtiyat hissələri və aksesuarlar daxildir. Sərgidə «Hyundai», «Jaguar», «Land Rover», «Volkswagen», «Nissan», «Infiniti», eyni zamanda Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi avtomobillər nümayiş onur, bir sıra təqdimatların keçirilməsi planlaşdırılır. Sərginin açılış mərasimində çıxış edən Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamentinin rəis müavini Kamil Abdullayev ölkənin nəqliyyat sektorunun inkişafından söz açıb. Qeyd edib ki, sözügedən sərgidə Azərbaycanda istehsal olunan avtomobillər də nümayiş olunur. Bunlar Naxçıvan Avtomobil Zavodunda yığılan “Lifan” avtomobilləridir. Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəlundiyev son illərdə ölkədə özəl sektorun xeyli inkişaf etdiyini vurğulayıb. «Iteca Caspian» şirkətinin icraçı direktoru Fərid Məmmədovun sözlərinə görə, sərgidə 14 ölkədən 105 şirkət iştirak edir ki, bu da 2009-cu ildə Bakıda keçirilən sonuncu avtomobil sərgisi ilə müqayisədə 20% artıqdır. Qeyd edək ki, «AutoShow» sərgisi çərçivəsində IV Azərbaycan Beynəlxalq Ehtiyat Hissələri, Aksesuarlar və Servis Avadanlıqları Sərgisi («AutoParts») də təşkil olunub.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Uncategorized, ƏYLƏNCƏ kateqoriyasında dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma