Dünyanı dəyişəcək 10 texnologiya

YOUTHinterest xəbər portalı “Deyerler”ə istinadən bildirir ki, ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun nəşr elədiyi “Technology Review” jurnalı insan cəmiyyətinə fövqəl böyük təsir edə bilən 10 perspektivtexnologiyaların siyahısını açıqlayıb.

1. “Müqayisəli qarşılıqlı əlaqə” texnologiyası. İdeyanın məğzi orqanizm hüceyrələrinin müxtəlif tərkib hissələrinin hansı yolla bir birilərilə əlaqəyə girmələrini müəyyən etmək, həmin əlaqələrin kanalını tapmaq və tibdə, xalq təsərrüfatı və biokimyada istifadə etmək.

2. Nanotibb – nəzəri olaraq dərman vasitələrinin bilavasitə xəstə hüceyrəyə çatdırılmasına imkan verir.

3. Epiqenetika – genetik test əsasında onkoloji xəstəliyin mövcudluğunu müəyyən eləməyə imkan yaradır.

4. “Koqnitiv radio”, xətsiz əlaqənin sürətlə artması pomexlərin olması problemini yaradır. “Koqnitiv radio” vasitəsilə xətsiz internetə və radiostansiyalara qoşulan bütün mobil telefonların və komyuterlərin uğurlu işləməsi və bir-birinə mane olmaması üçün bütün radiodiopozunu istifadə etmək və bundan başqa elektron avadanlıqlara situasiyaları analiz edib daha uyğun üsul və əlaqə protokolu seçməyi “öyrətmək” lazımdır.

5. “Nüvə təkrar proqramlaşdırması” – bioloji maddənin istənilən mənbələrindən istifadə edərək istənilən hüceyrələri klonlaşdırmağa imkan verir.

6. “Diffuz təsvir” – şizofreniya, Alsqeymer kimi xəstəliklərin diaqnostika və müalicəsi üçün beyni “scan” etmək texnologiyalarından istifadə etmək imkanı verir.

7. “Təhlükəsiz internet” – şəxsi informasiyanın internet istifadəçilərindən qorumağa imkan verir.

8. “Nanobiomexanika”- insan bədənini maşın kimi nəzərdən keçirir və ayrı hüceyrələrin qarşılıqlı əlaqələrini analiz edir.

9. “Xətsiz kainat”-  müxtəlif elektron avadanlıqlara bir birlərilə “ünsiyyət” saxlamağa potensial imkan verəcək: misal üçün, bir maşının elektron “beyni” digər maşının elektron “beyni” ilə əlaqə yarada biləcək və beləliklə yaranabiləcək qəzanın qarşısını alacaq.

10. “Dartınan çaxmaqdaşı” – müasir elektronika çaxmaqdaşı istifadəsinə əsaslandığına görə yeni texnologiya informasiya texnologiyalarında inqilab yarada bilmək üçün bu maddənin yeni formalarını yaratmağı qarşısına məqsəd qoyur.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Uncategorized, WORLD kateqoriyasında dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma