Novruz Bayramının vətəni Azərbaycandır!

Bu Novruz Azərbaycana nə vəd edir?

Çətin qış günlərindən sonra yazın gəlişini dünyanın demək olar ki, bütün xalqları milli mentalitetin qəbul etdiyi sevinc səviyyəsində keçirir. Uzaq Şərqdə bu fevrala,  Rusiyada martın əvvəllərinə, Sami xalqlarında isə aprel ayına təsadüf edir. Elmi baxımdan ən dəqiq günü və saatı isə ulu babalarımız təyin edə biliblər. Beynəlxalq astronomik il  xalqımızın Novruz  bayramı kimi qeyd etdiyi gündən – Günəşin Qoç bürcünə daxil olması ilə başlayır. Yaz bərabərlik nöqtəsində gecə ilə gündüzün hərəsi 12 saatolur.

Novruzun kökü haradadır?

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli fars divanındakı qəzəldə deyirdi:

Vəslin mənə Novruz gecəsi oldu müyəssər,

Sanki, gecəm gündüz ilə oldu bərabər.

İldə iki dəfə gecə-gündüz bərabər olur; Novruzda və sentyabrın 21-də . Zərdüştilər “Mihran” adlandırdıqları bu günü böyük təntənə ilə keçirərdilər. Azərbaycanın şimal-qərb zonasında isə Mihran günü yenə də bayram kimi qarşılanır.

Gecə ilə gündüzün bərabər olmasını babalarımız nə üçün bayram kimi keçiriblər? Uca yaradanın işıq rəmzi gündüzə, qaranlıq rəmzi gecəyə fərq qoymadan eyni səviyyədə, bərabər tutması həm də cəmiyyətin təbəqələri arasındakı fərqlər idə bayram günlərində aradan götürürdü.

Kasıblar ildə iki gün özlərini komplekssiz hiss edə bilirdi.

Novruz ərəbi aylardan fərqli olaraq ayın hərəkətinə yox, Günəşin dövr etməsinə görə təyin olunur. XIX əsrin tanınmış şairi Qasım bəy Zakir bu məsələdə bir qədər yanlışlığa yol verib:

Nola nəzzareyi-ruxsarına el cəm olsa,

Eydi-Novruz gələn dəmdə kişi Ayə baxar.

“Novruzun tarixi nə vaxtdan başlayır?” sualına cavab vermək üçün əldə tutarlı faktlar yoxdur. Misirdə, Şumerdə, Babildə yaz günlərinin əziz tutulması məlumdur. Bəs bayramın əsl vətəni haradır? Bu suala cavab vermək üçün  tarıxi əsərlərə müraciət edək…

Cəmşidin taxtının gətirdiyi bayram?

Hicri-qəməri təqviminin 430-cu ilində vəfat etmiş Əbu Reyhan Məhəmməd Biruni “Əl asarül-bağiyyə, ən əl ğurunül-xaliyyə”(Ötən qərinələrdən qalan ölümsüz əsərlər) kitabında yazır ki, əfsanəvi hökmdar olan Cəmşid Azərbaycana, atəşgahlarda ibadət etmək üçün gələrkən, insanlar onun qızıldan olan taxt-tacını Günəş hesab ediblər, Günəşin çıxma anında oxunan duanı ona sarı dönərək səsləndiriblər. Bu Cəmşidin xoşuna gəlib və həmin günü təqvimə yazdırıb. Bununla da hər il bayram keçirməyi əmr edib.

Novruz bayramının mənşəyi haqqında hələ ki, bu ən qədim və yeganə tarixi mənbədir. Orta Asiya türkü olan Əbu Reyhan azərbaycanlı deyildi, ancaq bu tarixi faktı əsərində mühafizə etməklə xalqımız üçün fəxr yeri qoyub. Biruninin müasiri olan Ömər Xəyyam “Novruznamə” risaləsində Novruzun ilk dəfə Cəmşid tərəfindən bayram edildiyini yazır. Bu risalə Novruza həsr olunmuş ən qiymətli və tarixi faktlarla zəngin bir əsərdir.

Artıq Novruzu bütün dünya bayram kimi tanıyır. Bu bayram azərbaycanlıların, Yaxın və Orta Şərqin əziz günü olmaq çərçivəsindən çıxaraq indi bütün dünya xalqlarına şamil olunur.

2011-ci ilin 21 martından 22 martına keçən gecə Bakı vaxtı ilə saat 03:22-də günəş Balıqlar bürcündən çıxıb, Qoç bürcünə girəcək. Həmin vaxtdan da bizim təqvimə görə Dovşan, Çin təqviminə görə Pişik, Zərdüşti təqviminə görə isə sağsağan (qəcələ) ili sayılır.

Bu il Novruz bazar ertəsi günündə, Öküz saatında, XVIII Ay günündə və Ay Əqrəb bürcündə olarkən daxil olacaq. Bazar ertəsinin himayəçisi Ay olduğundan, ilin ahəngdar keçəcəyini təxmin etmək olar.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Uncategorized kateqoriyasında dərc edildi və , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma