“UĞUR-2010” mükafatının sahibləri məlum oldu

Mükafatı 29 laureat qazandı.

Martın 18-də illik “UĞUR-2010” milli mükafatı, mükafat təsisçilərinin rəyinə əsasən, ötən il ərzində əhəmiyyətli nəticələrə nail olmuş şəxslərin adlarını açıqladı.  Laureatlar arasında ictimai xadimlər, həmçinin dövlət təşkilatları və özəl şirkətlər var. Qeyd etmək lazımdır ki, özəl şirkətlər həm nüfuzlu maliyyə institutları ilə və yerli bazarda əhəmiyyətli iştirak payına malik milli korporasiyalarla, həm də ölkənin biznes məkanına yalnız bu yaxınlarda qoşulmuş iştirakçılarla təmsil olunublar. “UĞUR-2010” mükafatının təşkilat komitəsinin sədri İbrahim Baharov Buta Palace sarayında keçirilmiş təqdimat mərasimindəki çıxışında laureatları şərh edərək deyib: “Bu mükafata, öz sektorunun flaqmanları olan və ölkəmizin inkişafına öz dəyərli töhfəsini vermiş təşkilatlar, şirkətlər, görkəmli şəxsiyyətlər layiq görülüb. Bizim laureatlarımız, Azərbaycanda ölkənin gələcəkdə də müxtəlif istiqamətlərdə inkişaf etməsi üçün böyük potensialın olduğunu bir daha nümayiş etdiriblər”.

UĞUR Mükafatı 2000-ci ildə “Consulting&Business” jurnalı tərəfindən təsis olunub. 1996-cı ildən etibarən nəşr olunan və iqtisadiyyat, hüquq və ölkədə özəl sahibkarlığın inkişafı ilə əlaqədar məsələləri işıqlandıran “Consulting&Business” jurnalı azərbaycanlı iqtisadçılar, siyasətçilər, menecerlər və iş adamları tərəfindən aparıcı işgüzar nəşr qismində tanınıb.

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, MARAQLI, Uncategorized kateqoriyasında dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma