9 və 11-ci siniflər üçün sonuncu yoxlama imtahan keçirilir

Təhsil Nazirliyi sabah 9 və 11-ci siniflər üçün sonuncu yoxlama imtahanı keçirəcək

Təhsil Nazirliyi aprelin 17-də Azərbaycanda ümumi orta və tam orta təhsil səviyyələri üzrə sonuncu yoxlama imtahanını keçirəcək. Nazirliyin şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsindən APA-ya verilən məlumata görə, imtahanlar Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda olacaq.

Ölkə üzrə orta məktəblər və peşə liseylərində yoxlama imtahanlarının keçirilməsinə fevralın 13-dən başlanılıb.Şöbədən bildirilib ki, yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılır. Şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq. İyunun 2-dən başlayaraq isə artıq respublika üzrə ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlanacaq. İlk imtahanlar iyunun 2-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayılda olacaq. İyunun 4-də Sumqayıt, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızıda, iyunun 7-də Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlıda, iyunun 10-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtərdə, iyunun 13-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda, iyunun 16-da Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçalada, iyunun 17-də Bakıda keçiriləcək. Peşə liseylərində buraxılış imtahanları isə aprelin 24-də olacaq.
Attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşəcək.

About these ads

YOUTHinterest haqqında

ABOUT MY BLOG: just for youth . . .
Bu yazı Azerbaijan, Məlumat, Təhsil, Uncategorized içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s